“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Elektron etibarnamələrlə bağlı yeni xəbər - Bu halda…

Tarix 11.01.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə (bir ildən artıq müddətə verilə bilməz) istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə isə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Qeyd etmək lazımdır ki, müasir dövrdə artıq sənədlər elektronlaşır. Belə olan halda etibarnamələr nə vaxt ləğv edilə bilər?

Eldəniz Cəfərov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobilə bir əmlak kimi verilən etibarnamənin fərqli xarakter daşıdığını düşünmür:

“Avtomobili idarə etmək üçün təqdim olunan etibarnamə isə tamam başqa bir məna daşıyır. Müasir dövrdə bu məsələ, yəni avtomobillərin idarə olunması üçün verilən etibarnamələr yenidən nəzərdən keçirilməlidir”.

“Hazırda etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər. Etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina etmək hüququna malikdir. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Ancaq hazırda bunun nə zaman ləğv olunacağını və ya ümumiyyətlə ləğv edilib-edilməyəcəyini demək çətindir. Bu, yalnız aidiyyəti orqanların qərarından asılıdır”, – deyə ekspert vurğulayıb.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap