“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Abşeronda “Qartal gölü“ndə nə baş verir? - VİDEO

Tarix 15.01.26, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


"Bakı və Abşeron yarımadasında 2014-2025-ci illər ərzində bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub, tikintilər aparılıb. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur".

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirlər Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair "2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunan müşavirədə səsləndirilib.

Belə göllərdən biri də Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşir. Sakinlər deyirlər ki, gölə torpaq tökülərək qurudulur. Nəticədə daşan su sakinlərin evlərinə dolur. Sakinlərin sözlərinə görə, el arasında "Qartal gölü" kimi tanınan gölün demək olar böyük hissəsi qurudulub.

Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, üç il bundan qabaq naməlum şəxslər tərəfindən əraziyə torpaq tökülməsi faktı aşkarlanıb. Bu hadisədən sonra ərazi Məmmədli bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda torpaqlama işləri həyata keçirilmir. "Lakin qrunt və yağış suları səbəbindən gölün su səviyyəsi nisbətən qalxıb. Bununla əlaqədar olaraq tərəfimizdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət olunaraq həmin suyun kənarlaşdırılmasına köməklik göstərilməsi xahiş olunub. Yaxın günlərdə də həmin tədbirlər həyata keçiriləcək", - deyə icra hakimiyyətindən qeyd edilib.

Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazi Abşeron yarımadasında yerləşən göllərin kadastrında qeydiyyata almayıb. O da bildirilib ki, müvafiq sərəncamla təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Tədbirlər Planı" çərçivəsində Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məmmədli və Kürdəxanı qəsəbələrində tullantı sularının düzgün idarə olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan tədbirlərin icrası və tullantı sularının düzgün idarə edilməsi təmin edildikdən sonra həmin ərazidə məskunlaşan sakinlərin bu istiqamətdə mövcud problemlərinin mərhələli şəkildə öz həllini tapacağı gözlənilir.




Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap