“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ

Tarix 15.01.26, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayının yaxınlaşması ilə birlikdə bu il fitrə zəkatının məbləğinin nə qədər olacağı da əsas suallardan birinə çevrilir.

Modern.az mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə əlaqə saxlayıb.

O bildirib ki, Ramazan ayının başlanmasına bir həftə qalmış fətva elan ediləcək və həmin vaxt fitrə zəkatının məbləği ilə bağlı tövsiyələr ictimaiyyətə açıqlanacaq.

Saytımıza açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, Ramazan ayı ibadət ayı olmaqla yanaşı, dua və mənəvi saflaşma zamanıdır.

Deputat əlavə edib ki, Ramazana kompleks bir ibadət kimi yanaşdıqda görürük ki, bu ay bir çox dini ayinləri özündə birləşdirir. O həmçinin vurğulayıb ki, fitrə zəkatını imkanı olan, özünün və ailəsinin gündəlik azuqəsini təmin edə bilən hər bir şəxs verməlidir:

"Bu baxımdan Ramazan ayının əsas əhəmiyyəti və önəmi də məhz burada ortaya çıxır. Hər bir müsəlman Ramazan ayının sonunda bu zəkatı mütləq şəkildə verməlidir.

Fitrə zəkatı bir neçə növ ərzaqla verilə bilər. Bunlara düyü, buğda, xurma və digər əsas qida məhsulları daxildir. Bu səbəbdən fitrə zəkatının məbləği də dəyişə bilir. Əgər daha ucuz ərzaq seçilərsə, məbləğ az olur, daha bahalı məhsul seçildikdə isə məbləğ artır. Tövsiyə olunan orta məbləğ təxminən 10 manat hesab edilir. İmkanı çatan hər bir müsəlmanın bu məbləğdə fitrə zəkatı verməsi məsləhət görülür”.

C.Məmmədov eyni zamanda bildirib ki, bununla yanaşı, fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ dəyişə də bilər:

"Məsələn, seçilən ərzağın növünə və bazar qiymətinə uyğun olaraq fitrə zəkatı daha az və ya daha çox ola bilər. Əsas prinsip ondan ibarətdir ki, təqribən 3 kiloqram əsas ərzağın (xurma, buğda və s.) dəyəri nəzərə alınsın. Bəzi yanaşmalara görə fitrə zəkatı mütləq ərzaq şəklində verilməlidir. Bu, Peyğəmbər dövründə də belə idi. Lakin nəzərə alsaq ki, müasir dövrdə insanların ehtiyacları fərqlidir. Bəzən ehtiyacı olan şəxs üçün düyü və ya xurmadan daha çox başqa qida məhsulları və ya ümumi maddi dəstək daha faydalı olur.

Məhz bu səbəbdən bir çox alimlər fitrə zəkatının pul şəklində verilməsi mümkün hesab edir. Qeyd edilən kimi, bu məbləğ təxminən 10 manatdır. Minimum ərzaq dəyəri nəzərə alındıqda isə fitrə zəkatı 5 manat civarında da ola bilər. Bununla belə, tövsiyə ondan ibarətdir ki, imkan daxilində maksimal məbləğ seçilsin və proses bunun əsasında nəzərə alınsın”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) kimi qeyd olunacaq.

Xatırladaq ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun olaraq verilməlidir.



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap