“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Neftin ucuzlaşması qaçılmazdır” - Deputat hökumətə çağırış etdi

Tarix 06.01.26, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasiltatçısı olması ilə bağlıdır. Bəs, Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək?

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, bir neçə ssenari üzrə proqnozlar təqdim edilməlidir.

Onun sözlərinə görə, Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır: “ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə”.


İqtisadçı bildirir ki, Venesuelanın neft ixrac edən ölkələr arasında isə ilk iyyirmilikdə yer almır. Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Onun sözlərinə görə, neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalar ilə bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar.

V.Bayramov bildirir ki, investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır: “Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördülüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir. Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8 faizini formalaşdırır”.


Bununla belə iqtisadçı deyir ki, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə, Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir.

Deputat vurğulayır ki, digər ssenari Venesuelada potensial xaos riskidir. Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək.

“Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu qiymət artımları üçün zəmin yaratmır”, - o əlavə edib.

V.Bayramov yekunda qeyd edib ki, bütün bunlar hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacağını deməyə əsas verir. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır.



Xəbərin oxunma sayı : 577




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap