“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar - DOSYE

Tarix 06.01.26, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub. 

AzFakt.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Belə ki, Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə isə Elnur Əhmədov təyin edilib.

Strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Toğrul Hüseyn oğlu Sadıqov 11 yanvar 1984-cü ildə Şuşa şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin bakalavr, 2009-cu ildə isə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi fakültəsinin magistr məzunu olub.


Toğrul Sadıqov müxtəlif illərdə “Unibank” ASC-nin Gəncə filialında aparıcı mütəxəssis, “Bank Respublika” ASC-də departament rəhbəri müavini, Gəncə filialının müdir müavini və Goranboy filialının müdiri vəzifələrində çalışıb, Alman–Azərbaycan Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib. Proqramlaşdırma sahəsində 5 ildən artıq təcrübəyə malikdir.

 İnnovasiya Mərkəzinin direktoru Elnur Zülfüqar oğlu Əhmədov isə 29 iyul 1990-cı ildə Gəncə şəhərində anadan olub. O, 2008-ci ildə 637 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olub, daha sonra təhsilini eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura səviyyəsində davam etdirib. 2023–2024-cü illərdə ABŞ-ın Virciniya ştatında yerləşən “IVY College”də ingilis dili proqramı üzrə təhsil alıb.

Elnur Əhmədov beynəlxalq təcrübəyə malikdir, müxtəlif illərdə “Unibank” ASC, “Veysəloğlu” MMC şirkətlərində müxtəlif vəzifələrdə, “X-Link”, “Syscon Azerbaijan”, ABŞ-yə məxsus “Utilities One”, Çinə məxsus “Anhui Runke Import and Export Trade Co., LTD” şirkətlərində direktor vəzifələrində çalışıb.



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap