“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

Tarix 21.01.26, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan hökuməti 2026-cı il üçün İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mərkəzi aparatının ştat cədvəlini və rəsmi maaşlarını təsdiqləyib
.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nazirliyin mərkəzi aparatında ümumilikdə 225 nəfər çalışır.

Onlardan 7-si nazir və nazir müavinləri, 174-ü dövlət qulluqçusu, 44-ü isə inzibati müqavilə əsasında çalışanlardır. Nazirlik üzrə ümumi əməkhaqqı fondu 11 milyon 338 min lari (7 milyon 165 min manat) təşkil edəcək.
Hesablamalara görə, 2026-cı ildə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvilinin aylıq maaşı 13 600 lari (8 595 manat) təşkil edəcək. Nazirin birinci müavini Nino Enukidze aylıq 12 000 lari (7 584 manat), digər beş nazir müavininin isə hər biri 11 600 lari (7 331 manat) maaş alacaq.
Müqayisə üçün bildirək ki, Azərbaycanda nazir və nazir müavinlərinin əməkhaqqı ilə bağlı sonuncu məlumat 1 mart 2022-ci il tarixinə aiddir. Ölkə başçısının həmin tarixdə imzaladığı 1609 nömrəli Fərmana əsasən, Azərbaycanda nazirlərin və komitə sədrlərinin aylıq əməkhaqqı (əlavələrlə birlikdə) 7 650 manat, birinci müavinlərin aylıq əməkhaqqı 6 625 manat, müavinlərin aylıq əməkhaqqı isə 6 125 manat təşkil edir.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap