“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

Tarix 21.01.26, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək. 

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib. Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır. Agentlik təkcə 2025-ci ildə şirkətlə 2 521 634,73 manatlıq satınalma müqaviləsi imzalayıb. Qurumun "Vega Travel Managemenet” MMC-yə alternativ görməməsinin səbəbi məlum deyil. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. O, 2018-ci ildən bu vəzəfədə çalışır. Fuad Ağayev ötən ilin martında şiddətli töhmət alması ilə gündəmə gəlib. Həmin vaxt mediada dərc edilən məlumatlara görə, ona şiddətli töhmət verilməsi rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. 



Xəbərin oxunma sayı : 388




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap