“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əli Həsənovun baldızının müsadirə olunan obyektini alan yoxdur - 11-ci dəfə hərraca çıxarılır

Tarix 01.11.24, 15:31

Font ölçüsü : - / +
bitmap-img6


“Jurnalistlər binası” kimi tanınan yaşayış binasının birinci mərtəbəsində yerləşən və müsadirə olunan obyekt dekabr ayının 5-də 11-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.

Yeniavaz.com xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekt daha əvvəl 10 dəfə hərraca çıxarılsa da, alan olmayıb.
Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 5 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.
5 dekabr tarixində 11-ci dəfə hərraca çıxarılacaq obyektin ilkin start qiyməti də dəyişməyəcək və 1 milyon 213 min 657,5 manatdan alıcılara təqdim olunacaq.
Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.
“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.
Onu da bildirək ki, hərraca çıxarılan obyektin divarında yer alan yazıdan da açıq şəkildə görünür ki, burada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Abituriyent” kursları fəaliyyət göstərib.



Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap