![]() |
|














Əliyevin gənclər komandası - Hökumətin 10 üzvünün yaşı 50-nin altındadır
Tarix 31.07.20, 14:54 |
|
3300.jpg)
İyulun 27-də Prezident İlham Əliyevin Emin Əmrullayevi Azərbaycanın Təhsil naziri təyin etməsi qərarı müəyyən qədər gözlənilməz hadisə olsa da, son illərin ümumi tendensiyasına uyğun idi. Çünki E.Əmrullayev hazırkı hökumətdə növbəti gənc kadr olmaqla bərabər, həm də yaşca ən kiçik nazir oldu. Ümumiyyətlə, Azərbaycanda indiyə qədər 38 yaşında təhsil naziri heç zaman olmayıb.
Bununla yanaşı, yeni nazirin bu quruma kənardan gətirilməməsi və təhsil sisteminə bələd birisinin olması, indiyə kimi təhsil sahəsinin spesifikliyini nəzərə alaraq, burada təcrübənin mühüm rol oynadığını deyənlərin də bəyəndiyi bir seçim oldu.
Xatırladaq ki, hələ 2013-cü ildə Mikayıl Cabbarov Təhsil naziri təyin olunarkən bir çoxları bu təyinata pessimist yanaşaraq, Cabbarovun bu sahənin adamı olmadığını qabardırdılar. Bu da təbii və başa düşülən idi.
Çünki Azərbaycandakı klassik nazir, məmur obrazı ilə M.Cabbarovun, yaxud hansısa digər cavan, Qərb təhsilli, müasir kadr obrazı uyğunluq təşkil etmirdi.

Ona görə də, cəmiyyətin öyrəşdiyi tipik nazir kriteriyalarının daşıyıcısı olan Misir Mərdanovun kreslosunda bu kriteriyalardan kifayət qədər uzaq M.Cabbarovun əyləşməsi qeyri-adi təsir bağışlayırdı.
Ancaq zaman keçdikcə, gənc, müasir və proqressiv dünyagörüşlü kadrların yüksək vəzifələrə təyinatı müsbət effekt verməyə başladı.
“Asan xidmət” bu sarıdan olduqca önəmli layihə idi və özünü doğrultdu. Bu kadr siyasəti göstərdi ki, əsas məsələ konkret sahəni dərindən bilməkdən daha çox menecerlik, idarəçilik bacarığı və dürüstlükdür. Region ölkələrindən Gürcüstan hələ Mixail Saakaşvilinin hakimiyyəti dövründə bu tip idarəetmənin effektivliyini sübut etmişdi. Bir qədər yubanmış olsa da, Azərbaycanda eyni kadr siyasətinin aparılması təqdir olunmaya bilməzdi.
Təbii ki, idarəetmənin gəncləşdirilməsini, müasirləşdirilməsini, deməli həm də korrupsiya və rüşvətdən uzaq tutulmasını əngəlləyən əsas səbəblər bəllidir. Lakin son illərdə ölkə rəhbərliyinin hökumətin və Prezident Administrasiyasının rəhbərliyində radikal kadr dəyişikliklərinə dair qərarları bu siyasətin yolunu xeyli dərəcədə açmış oldu. Və məhz bunun da sayəsində bu gün Azərbaycan hökumətinin əksəriyyətinin cavan və müasir Qərb təhsilli şəxslərdən ibarət olması artıq təmin edilib.

Ümumilikdə hazırda Nazirlər Kabinetinin 10 üzvünün yaşı 50-dən azdır. Bu sıraya Sahil Babayev (40 yaş), Ceyhun Bayramov (47 yaş), Mikayıl Cabbarov (44 yaş), İnam Kərimov (43 yaş), Ramin Quluzadə (43 yaş), Fuad Muradov (41 yaş) və digər komitə və agentlik rəhbərləri aiddir.
Bundan başqa, Prezident Administrasiyası rəhbəri postu ötən il 44 yaşlı Samir Nuriyevə tapşırılıb. Həmçinin, daha bir neçə yüksək dövlət postları cavan kadrlara həvalə olunub.
Bununla da bir növ ləng, “kökəlmiş və şişmiş” klasik idarəçilik sisteminin əsasları sarsıdılmış oldu ki, bu da həmin sistemin dayaqları olan “köhnə qvardiya”nın əsas fiqurlarının bəzən gizli, eyhamlı, bəzən isə az qala açıq təhdid bəyanat və açıqlamaları ilə müşayiət olundu.

Lakin belə görünür ki, bu dəfə ortaya qəti siyasi iradə qoyulduğundan həmin açıq və gizli təhdidlər onların sahiblərinin gözlədiyi effekti vermir...
Ümumiyyətlə kadr siyasətindəki dəyişikliklər, əsasən 2018-ci ildə elan edilən gəncləşmə siyasətinin nəticəsi sayıla bilər. Həmçinin, elan olunan sosial-iqtisadi və siyasi islahatların da əsas tərkib hissələrindən biri ilk növbədə gəncliyə hesablanmış kadr siyasəti hesab olunur. Ancaq o da mübahisəsizdir ki, kadr dəyişiklikləri, gəncləşmə, müasirləşmə kursu təkcə sırf hökumətdə deyil, məhkəmə-hüquq sistemi başda olmaqla, digər problemli sahələrdə də aparılmalıdır. Və bununla da sistem dəyişikliyinin vacibliyini irəli sürənlərin və bunsuz heç nəyə nail olunmayacağını deyənlərin arqumentləri aradan qaldırıla bilər...

Əlbəttə ki, hökumətdəki gəncləşmənin ilk təzahürü kimi Mikayıl Cabbarovun Təhsil naziri təyin edilməsini göstərmək olar. Kifayət qədər ağır sahə olan və uzun illər rüşvət, korrupsiya bataqlığına çevrilmiş təhsildə qısa müddətdə uğur qazanmaq olduqca çətin idi və indinin özündə də çətindir. Lakin Cabbarov bu nazirlikdə əvvəllər mövcud olan mərkəzləşdirilmiş rüşvət piramidasını yerindən oynada bildi. Və ən əsası, rəhbər vəzifələrə Qərb təhsilli, savadlı menecerləri cəlb etməyə nail oldu.
Əksər ali və orta ixtisas təhsili müəssisələrində rüşvətin kökü demək olar kəsildi. Rayon təhsil şöbələrinə icra hakimiyyəti orqanlarının təsiri xeyli azaldıldı və s. Ardınca, demək olar ki, eynilə Vergilər naziri və İqtisadiyyat naziri postlarında da ölkə rəhbərliyinin etimadını doğrultdu və vergi sistemindəki əvvəlki vəhşi, yırtıcı sistemi aradan qaldıra bildi.

İnam Kərimov da gəncləşmə siyasətinə uğur qazandıran kadrlardan sayıla bilər. “ASAN xidmət”də ciddi uğurlar əldə edən və əhalinin bu sistemə rəğbətinin yaranmasında xidməti olan İ.Kərimovun Kənd Təsərrüfatı naziri təyin edilməsi təəccüblə qarşılansa da, ən azından bu təyinat sözügedən nazirliyin fəaliyyətinin şəffaflaşdırılmasında önəmli rol oynadı. Və ümid edək ki, bu nazirliyin də fəaliyyətinin səmərəli dövrü hələ qarşıdadır.
Digər cavan nazir və komitə sədrlərinin də fəaliyyətini əsas etibarilə qənaətbəxş hesab etmək olar.
Yeni Təhsil nazirinə gəldikdə isə, Emin Əmrullayev daha çox Mikayıl Cabbarov, İnam Kərimov və digər uğurlu kadrlar qrupuna aid şəxslərdən hesab olunur. Təhsil ekspertlərinin böyük əksəriyyəti bu təyinatın uğurlu seçim olduğunu bildirirlər.

Ümumilikdə isə təbii ki, bütün çatışmazlıq və risklərə baxmayaraq, idarəçiliyin gəncləşdirilməsi və müasirləşdirilməsinin alternativi yoxdur. Və bunu “köhnə qvardiya”nın başçıları və əsas nümayəndələri də yaxşı bilirlər. Onların bu prosesə müqavimət göstərməsi, bəzən bunu açıq şəkildə biruzə vermələri isə başadüşüləndir.
Çünki hökumətin, idarəçiliyin gəncləşdirilməsi Azərbaycanın Şimala deyil, Qərbə yönəlməsini təmin edən əsas amillərdən biridir. Bu isə haralara xidmət etdikləri yaxşı bəlli olanların işinə qətiyyən yaramır.
AzPolitika.info
Xəbərin oxunma sayı : 6277
Maraqlı
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV