“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İlk dəfə olaraq Qız Qalasının 3D Scanning versiyası hazırlanıb – Təfərrüat

Tarix 17.05.20, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


18 may Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) “İçərişəhər” Muzey Mərkəzi ilk dəfə olaraq Qız Qalası memarlıq abidəsini «World Heritage 3D Scanning» proqramında təqdim edib. 

Qoruq idarəsindən  verilən məlumata görə, layihə Almaniyanın EKМ Global Consulting GmbH. şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə həyata keçirilib.

2020-ci il Azərbaycan xalqının milli irsi olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20-ci ildönümüdür. Bu münasibətlə “İçərişəhər” Muzey Mərkəzi İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi kimi yeni bir layihəyə start verib və ilk olaraq Qız Qalasından başlayıb.

Burada tətbiq edilən “World Heritage 3D Scanning” proqramı tarixi abidələrin vizuallaşdırılması və sənədləşdirilməsini aparır və memarlıq və mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi üçün xüsusi sənədlər yaradılır. DWG fayl isə üçölçülü sənəd kimi hər hansı bir üçölçülü faylın proqram təminatıdır.

Bu proqram bir obyekti tam ölçüdə skan edərkən məlumatları, abidə və ya obyekt kataklizmlər nəticəsində dağılmaya məruz qalarsa onun yenidən peşəkar şəkildə  qurulması və bərpası zamanı istifadə edilə bilən rəqəmsal mediada saxlayır. 

Qız Qalasının 3D 360 o virtual turu da ilk dəfə olaraq bütün mərtəbələr üzrə  iki dildə məlumat nöqtələri, qalanın yuxarısından şəhərin panoramik mənzərəsi və öz veb saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu vasitəsilə təqdim edilir.

Bu formatda ilk dəfə təqdim edilən layihə Azərbaycanın bütün görməli yerlərinin rəqəmsal arxivləşdirilməsinin başlanğıcıdır. Mədəni irsin idarə edilməsi sahəsində obyekt haqqında məlumatların düzgünlüyü və peşəkar sənədlərin çox vacib olması baxımından 3D skan təqdimat bu işdə müstəsna rol oynayır. 

Bu funksiya gələcəkdə abidələrin qorunma və bərpa işlərində kömək edəcək həmçinin arxeoloji tədqiqatların aparılmasına da təsir edə bilən dəqiq və detallı məlumatlar yaradır.




Xəbərin oxunma sayı : 340




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap