“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ölkənin yeni hökuməti: Əksəriyyəti qadınlardır – Tarixdə ilk

Tarix 23.01.20, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Livanın yeni hökuməti həm qadın nazirlərin sayı, həm də müdafiə naziri postuna bu cinsin nümayəndəsinin təyin olunması ilə Yaxın Şərq bölgəsində bir tarixi ilkə imza atıb.

Teleqraf.com xəbər verir ki, hökumətin yeni başçısı, Baş nazir Həsən Diyab 20 nəfərdən ibarət kabineti ölkə ictimaiyyətinə təqdim edib.

Yeni hökumətin 30%-ni qadınlar təşkil edir.

Həsən Diyab kütləvi etirazlar səbəbindən əvvəlki hökumətin istefa verməsindən sonra irəli sürülən tələblər çərçivəsində qadın nazirlərə yerin verildiyi mobil siyasi komandanın qurulacağını açıqlamışdı. Lakin müdafiə naziri postuna bir qadının təyin edilməsi isə həm ölkə, həm də Yaxın Şərq tarixində bir ilk olub.

Ərəb dünyasına müdafiə naziri postunu idarə edəcək ilk qadının adı isə Zeynə Akər Ədradır.

Ədara ilə yanaşı kabinetdə yer alan qadın nazirlər bunlardır:

İnformasiya naziri Mənal Əbdüssəməd, gənclər və idman naziri Fərtinyə Uxanyan, ədliyyə naziri Mari Klod Nəcm, məşğulluq naziri Ləmya əd-Düveyxi və miqrasiya naziri Qada Şüəym.

Əvvəlki kabinetin daxili işlər naziri Raya Həsən Livan və Yaxın Şərqdə ilk dəfə bu postu tutan qadın kimi adını tarixə yazıb. Yaxın Şərqdə 26 faizlik göstərici ilə hökumətdə ən çox qadın nazirə yer verilən ölkə ünvanına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahib idi.



Xəbərin oxunma sayı : 628




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap