“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Ölkəyə gətirilən hibrid avtomobillərin sayı azaldı - Qiyməti 2 dəfədən çox artdı

Tarix 17.03.23, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 13 min 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 199 milyon 318,6 min dollar olub.

Yeniavaz.com-un Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 299 dollar (24 min 308 manat) olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycana xaricdən daha az – 11 min 145 avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri builkindən daha aşağı - 11 min 255 dollar (19 min 133 manat) olub.

Onu da bildirək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 12 min 951 ədəd minik avtomobili, 29 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 871 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 88 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.

Bundan başqa xaricdən 1 815 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid), 222 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 20 min 811 dollar (35 min 378 manat) olub.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə idxal olunan hibrid avtomobillərin sayı 2 min 32, bir ədədinin orta gömrük dəyəri isə 8 min 104 dollar (13 min 776 manat) olub.



Xəbərin oxunma sayı : 1159




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap