Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İlyas Hacıyev nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib - FOTO

Tarix 13.07.20, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Vidadi İsayev üçün sahibkarlardan xərac toplayan regional müdiri yoxlayırlar...

Bərdə Regional Mədəniyyət İdarəsində yoxlamalar başlayıb. Bu barədə AzFakt.com-a yerli mənbələrdən məlumat daxil olub. Bildirilir ki, yoxlamalar əsasən Bərdə rayon Mədəniyyət şöbəsinin son beş il fəliyyətini əhatə etsə də, ümumilikdə regional idarənin də fəaliyyəti təftiş olunmaqdadır. Yoxlamalara səbəb isə Bərdə Regional Mədəniyyət İdarəsində çox saylı şişirdilmiş ştatların olmasıdır. Mənbə qeyd edib ki, təkcə Bərdədə 800-dən artıq mədəniyyət işçisi var və bu işçilərin təqribən üçdəiki hissəsi "ölü can"dır. Bu isə on minlərlə manat dövlət vəsaitinin hər ay mənimsənilməsi deməkdir. Gələcəkdə isə dövlət həmin "ölü can"lara pensiya ödəyəcək.

Bundan başqa Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri İlyas Hacıyevin minlərlə insanın çalışdığı regional idarənin işçilərinin maaşından ayda 10 manat tutduğu qeyd olunur. Bu pullar isə birbaşa İlyas Hacıyevlə idarənin baş mühasibinin cibinə getdiyi qeyd olunur.

Yoxlamalardan narahat olan Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri isə həbs olunmasından qorxur və vəziyyətdən çıxmaq üçün yollar axtarır. İlk döydüyü qapı isə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olub. Xatırladaq ki, Bərdədə icra başçısı Vidadi İsayev Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə xüsusi səlahiyyətlər verdiyini hamı bilir. Hətta İlyas Hacıyevin Bərdədə idarə müdirlərindən və sahibkarlardan icra başçısı üçün "aylıq" topladığı da Bərdədə daim gəzən şayilərdən birirdir.

Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən İlyas Hacıyev rəhbərlik edir. Ondan əvvəl isə İlyas Hacıyev Bərdə Mədəniyyət idarəsinin rəisi olub. Ölkə mətbuatında İlyas Hacıyevin, həm Bərdə Mədəniyyət İdarəsinin müdiri, həm də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə korrupsiya əməlləri barədə çoxsaylı məlumatlar dərc edilib. Həmin məlumatlarda İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının "qara kassası" olduğu bildirilir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyində keçirilən (DTX) keçirilən əməliyyatla bağlı yayılan rəsmi məlumatda Bərdə Regional Mədəniyyət İdarəsi rəisi İlyas Hacıyevin hər ay hazırda həbsdə olan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova 5000 (beş min) manat rüşvət verdiyi qeyd edilmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq.








Xəbərin oxunma sayı : 1633




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap