“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Met-ak“ MMC ilə “Soyuzaqrokontrakt“ MMC arasında 240 minlik - Məhkəmə qalmaqalı

Tarix 21.10.19, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində "Met-ak" MMC-nin "Soyuzaqrokontrakt" MMC-yə qarşı 237 min 630 manat məbləğində olan iddiasına baxılıb.

"Report" xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən iclasda iddia qismən təmin edilib.

Qərara əsasən, cavabdehdən əsas borc üzrə 188000 manat, dəbbə pulu üzrə 10000 manat, cəmi 198000 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

Həmçinin ödənilən 30 manat dövlət rüsumunun 25 manatı "Soyuzaqrokontrakt" MMC-yə, 5 manat məbləği isə "Met-ak" MMC-yə aid edilib.

Qeyd edək ki, iddiada cavabdehdən əsas borc 198000 manat pul məbləğini, dəbbə pulu 39600 manat, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 237630 manat həcmində müqavilə üzrə məbləğin tutularaq iddiaçıya ödənilməsi istənilib. İddia ərizəsi onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair 18 yanvar 2017-ci il və 15 oktyabr 2018-ci ildə iki müqavilə bağlanıb.

Müqavilə şərtlərinə görə iddiaçı "Met-ak" MMC satıcı, cavabdeh "Soyuzaqrokontrakt" MMC isə alıcı qismində çıxış edib. Dəyəri 962040,22 manat təşkil edən müqavilə şərtlərinə əsasən, mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli olsa da, müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirib. Belə ki, malın dəyərini təşkil edən 962040,22 manat məbləğindən cavabdeh tərəfindən 743040,22 manat məbləğində ödəniş edilib, 198000 manat məbləğində qalıq məbləğ isə ödənilməyib.

1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan METAK şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar istehsal edir.

"Soyuzaqrokontrakt" MMC 2007-ci ilin mart ayında kənd təsərrüfatı mallarının istehsalı, tədarükü və satışı məqsədi ilə təsis edilib.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap