“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İmişlidə məktəb direktoru işçini qanunsuz işdən çıxartmaq istəyir – Vətəndaş kömək istəyir

Tarix 26.01.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına orta məktəbin direktoru Ruslan İbayev dalandar Həsənov İmaməddini qanunsuz olaraq işdən çıxartmaq istəyir

İmişli rayon Hacalmuradlı kənd sakini İmaməddin Həsənov Prezident İlham Əliyevə və Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək Q. Tarverdiyev adına orta məktəbin direktoru Ruslan İbayev tərəfindən təzyiqlərə məruz qalaraq, qanunsuz işdən çıxarılır. 


İmaməddin Həsənov 2017-ci ildən Q. Tarverdiyev adına orta məktəbdə dalandar vəzifəsində işlədiyi və davamiyyətli işçi olduğunu bildirir. Vətəndaş qeyd edir ki, Q. Tarverdiyev adına orta məktəbin direktoru Ruslan İbayevlə münasibətləri həmişə yaxşı olub. Ancaq 1 aydan çoxdur ki, Ruslan İbayevlə münasiətləri gərginləşib və direktor müxtəlif bəhanələr və təzyiqlərlə onu işdən çıxartmaq istəyir. 

Açıklama yok.

İmaməddin Həsənov iddia edir ki, Ruslan İbayevlə münasibətlərinin gərginləşməsi məktəbin riyaziyyat müəlliminin direktor tərəfindən həmkərlar təşkilatından uzaqlaşdırmaq istəməsi ilə başlayıb. Belə ki, riyaziyyat müəllimin həmkarlar təşkilatından qanunsuz uzaqlşadırmaq istəyən R.İbadovun istəyinin qarşısı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən alınıb. Direktor isə həmin müəllimə qarşı işçilərin mənfi izahat verməsini tələb edib. Amma başda İmaməddin Həsənov olmaqla işçilər Ruslan İbayevin bu istəyindən imtina ediblər. Məhz bu hadisədən sonra direktor İmaməddin Həsənova müxtəlif təzyiqlər etməyə başlayaraq, onu işdən çıxartmağa çalışır. 

Açıklama yok.

İmaməddin Həsənov bildirir ki, Ruslan İbadov hər ay mütəmadi olaraq məndən 20-30-40 manat pul alırdı.Həmin pullarıisə müxtəliif işlər adı altında istəyirdi. Sonuncu dəfə isə 50 manat verməyimi tələb etdi. Mən isə 380 manat əmək haqqı aldığımı və 50 manata gücümün çatmadığını bildirdim. Rüşvət verməkdən imtina etdikdən sonra Ruslan İbayev İmaməddin Həsənova bildirib ki, ərizə yazıb işdən çıxmalıdır. Səbəbini soruşduqda isə bu qərarın Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin istədiyini bildirib.

Ruslan İbayevin Bəhruz Nəbili haqqında səs yazısı

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayətə gedən İmaməddin Həsənovu müdir müavini Rabil Şahbazov qəbul edib. Rabil Şahbazov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin belə bir qərarının olmadığını və Ruslan İbayevin bu hərəkətinin özbaşına, qanunsuz olduğunu bildirib. 

Açıklama yok.
Bəhruz Nəbili

İmaməddin Həsənov qeyd edir ki, o hər gün iş saatlarına məktəbə gələrək vəzifəsinin üstündə dayanı. Axşam saat 5-də iş saatı bitməsinə baxmayaraq 20-00-a qədər Ruslan İbayevi gözləməli olur. Çünki direktor iş tabelini öz otağına qoyaraq qapını bağlayır və günortadan sonra gedir Hacalmuradlı kəndində fəaliyyət göstərən kafesinə. Ruslan İbayev həm direktor işləyir,həm də çayxana. 

Açıklama yok.

Məktəbdə İmaməddin Həsənova müxtəlif mənəvi təzyiqlər edən Ruslan İbayev isə açıq şəkildə deyir ki, onun qararına qarşı heç kəs gələ bilməz və sən işdən gedəcəksən. 

Ümidi ölkə Prezidenti İlham Əliyevə və Təhsil Naziri Emin Əmrullayevə olan İmaməddin Həsənov saytımıza vasitəsiləonlardan kömək istəyir. Çünki Ruslan İbayev Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilini belə saya salmır artıq. 

AzFakt.com apardığı kiçik araşdırmada məlum oldu ki, Hacalmuradlı kənd Q. Tarverdiyev adına orta məktəbin direktoru Ruslan İbayevin arxasında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun müdiri Elşad Uğurliyev dayanır. 

Açıklama yok.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap