Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Əmlaka çıxarış alanların sayı xeyli azalıb - Səbəb nədir?

Tarix 27.07.24, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu il daşınmaz əmlaka çıxarış alanların sayı xeyli azalıb.

Xezerxeber.az-ın məlumatına görə, bu ilin I yarısında 177 min 664 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır.

Məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yayıb.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, əmlak bazarı aktivdir və mülkiyyət hüququnun qeydiyyat məsələsi, yəni çıxarış alınması da dayanmayan prosesdir. Ekspert vurğulayıb ki, burada söhbət sənədsiz evlərin sənədləşdirilməsi prosesindən getmir, təkrar alqı-satqılardan gedir. Yəni son dövrlərdə əksər insanlar çıxarışlı mənzil aldığından mülkiyyət hüququnun yeni qeydiyyatı kimi hesablanmır.

Ramil Osmanlı qeyd edib ki, ilkin qeydiyyat ümumi daşınmaz əmlak bazarında aparılan qeydiyyatın cəmi 15 faizini təşkil edir.

Bəzi ekspertlər isə hesab edirlər ki, mənzil bazarında durğunluq var. Buna səbəb mənzillərin həddindən artıq baha olmasıdır. Evini satanlar düşünürlər ki, alan ipotekaya üz tutacaq və o da öz mənzilini baha təklif edəcək. Lakin ipoteka qiymətləndirilməsi zamanı mənzilə az qiymətə dəyərləndirildiyindən ona təklif edilən qədər vəsait ayrılmır. Nəticədə də alqı-satqı baş tutmur.







Xəbərin oxunma sayı : 2107




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap