Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO “Hər şey çox yaxşıdır, amma...“ - Renka Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2023

    “Hər şey çox yaxşıdır, amma...“ - Renka

  • / Maqazin / — 18 Sentyabr 2023

    Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar

  • / Maqazin / — 12 Sentyabr 2023

    Pərvin mini ətəkdə poz verdi - FOTOLAR

  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

“Moşu” və Məsuma Babayeva işsiz qalıb: Onlar teatrlardan təzyiqlə çıxarılıblar? - AÇIQLAMA

Tarix 24.11.22, 9:42

Font ölçüsü : - / +
bitmap-img6


Yaşı 70-i ötmüş aktyorlar və aktrisaların işlədikləri teatrlardan uzaqlaşdırılması narazılıqla qarşılanır.

Xezerxeber.az-ın məlumatına görə, belə aktrisalardan biri Məsuma Babayevadır.

Məsuma Babayeva 1972-ci ildən, yəni ömrünün 50 ilini Gənc Tamaşaçılar teatrına həsr edib. Son 4 ildə isə yaşı ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb. Həm də, dediklərinə görə, böyük təzyiq və israrla.

Hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkən aktrisa dolanışığının çətin olmasından, dərmanlarını belə ala bilməməsindən, ona əlavə heç bir maddi yardım edilməməsindən  gileylidir.

O, səhhətində problem olmasına baxmayaraq, işləmək imkanının olduğunu vurğulayır. Ancaq deyir ki, işləmək üçün onu tamaşaya dəvət etmirlər.  

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Hüsniyyə Quliyeva aktrisanın ona israrala ərizə yazdırılması barədə səsləndirdiyi fikirləri təkzib edib.

Məsumə Babayevanın qanunla, yaşı tamam olduğu üçün işdən kənarlaşdırıldığını bildirilib. Teatr tamaşalarına dəvət alması barədə isə, bunun rejissorlardan asılı olduğunu, aktrisaya uyğun rol olarsa, yenidən dəvət ala biləcəyi bildirilib.

Yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən, buna görə incik düşən daha bir aktyorumuz isə “Moşu” obrazı ilə hər kəsin qəlbində özünə yer tutan Valeh Kərimovdur. O da uzun müddətdir ki, teatrdan uzaqlaşdırılıb. Amma işləmək imkanının olduğunu deyir.

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.

Daha ətraflı süjetdə:







Xəbərin oxunma sayı : 631

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap