“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nikol Paşinyan Türkiyəyə səfər edəcəyinə söz verib“ - Mövlud Çavuşoğlu

Tarix 27.01.22, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir. Xüsusi nümayəndələrin Moskvada ilk görüşünün olduğunu xatırladan XİN başçısı vurğulayıb ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar:

"Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”.



Xəbərin oxunma sayı : 877




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap