|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
İpoteka müqaviləsi nədir və onun hüquqi mahiyyəti - ŞƏRH
Tarix 30.10.24, 14:00 |
|
Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci və 59-cu maddələrinə əsasən, ölkəmizdə iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növləri üzrə xalqın rifahının yüksəldilməsinə xidmət edir. Dövlət bazar münasibətləri zəminində sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Qloballaşma dövründə sosial yönümlü iqtisadiyyatın hərtərəfli inkişafı məqsədilə mülki dövriyyənin sabitliyinin hüquqi təminatı dövlətin əsas qayğılarından biridir. Qeyd edilməlidir ki, mülkiyyət hüququ subyektin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək səlahiyyətindən ibarət olmaqla onun digər şəxslərə münasibətdə hüquqlarını qoruyur.
Bununla yanaşı, həmin əmlaka mülkiyyətçi olmayan şəxslərin də hüquqları yarana bilər. Bu hüquqlar qanunvericilikdə girov hüququ, əmlakdan istifadə hüququ və servitut kimi nəzərdə tutulmuşdur. Öhdəliklərin icrası girov ilə yanaşı, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh və digər üsullarla təmin edilir.
Mülki hüquq üzrə ötən əsrin görkəmli alimlərindən olan E.Vaskovski öz əsərlərində girovu əşya hüququna aid edərək göstərmişdir ki, borclu əsas öhdəliyi yerinə yetirmədiyi və ya ona lazımi qaydada əməl etmədiyi halda girov hüququ kreditorun tələblərinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi imkanını verir. Tanınmış alim Q.Şerşeneviçin fikirincə, girov özgəyə məxsus əşyaya olan hüquqdur və onun xüsusiyyəti ondan ibarətdir ki, girov hüququ müstəqil deyil və əsas öhdəlikdən asılı vəziyyətdədir.
Beləliklə, girov həm kreditorda tələblərinin icra ediləcəyinə əminlik yaradır, eləcə də tələbin əşyaya yönəldilə biləcəyi riski isə borclunun öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etməsini stimullaşdırır.
İpoteka termini eramızdan əvvəl VI əsrdə Yunanıstanda yaranmışdır. Bu hüquqi konstruksiya ilə borclunun öhdəliyi zəruri olduğu halda ona məxsus torpaq sahələrinin dəyərindən təmin edilirdi. İpoteka sözü yunan mənşəli olmaqla sütun (dayaq) mənasını verir. Belə ki, borcalana məxsus ipoteka qoyulmuş torpaq sahəsindəki sütun üzərində kredit və ipoteka müqavilələrinin şərtlərinə dair yazı vurulurdu.
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı daşınmaz əşyadan istifadə edilməsi, eləcə də bu əşyanın müqavilə öhdəliklərinin icrasının təmini üçün ipoteka (girov) qoyulması bazar iqtisadiyyatında geniş yayılmış effektiv mexanizmdir. Bu baxımdan ipoteka münasibətlərinin hüquq müstəvisində şəffaflığının təmin edilməsi qanunverici orqanın diqqətindən kənarda qala bilməzdi.
Bazar münasibətlərinin tənzimlənməsi üzrə əsas hüquqi mexanizmlərdən biri də müqavilədir. Bu sənəd tərəflərin azad şəkildə ifadə etdikləri iradələrinə əsasən hüquq və vəzifələri, öhdəliklərin icrası qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Eyni zamanda, bu hüquq borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlaka əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bütün bu müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit olunaraq ipoteka haqqında ümumi xarakterli normaları əhatə edir.
Bununla yanaşı, ipoteka münasibətlərini tənzimləyən 9 iyun 2005-ci ildə qüvvəyə minmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ipoteka üzrə anlayışları, ipotekanın tətbiq sahəsini, ipotekanın xüsusiyyətlərini, ipotekanın yaranması və dövlət qeydiyyatı, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı münasibətlərinə dair xüsusi müddəaları əks etdirir. Qanunvericiliyə görə, ipoteka öhdəliyinin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
Notariat təcrübəsi göstərir ki, sahibkarları maraqlandıran əsas məsələlərdən biri də ipotekanın tətbiq sahəsidir. Əsas sual ondan ibarətdir ki, hansı müqavilələr üzrə öhdəliklərin təmini üçün əşya ipoteka qoyula bilər? Bu barədə qeyd edə bilərik ki, istənilən mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər ipoteka ilə təmin edilə bilər və bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur.
Mülki dövriyyədə geniş yayılmış ipoteka müqavilələri kredit və alqı-satqı şərtlərindən irəli gələn öhdəliklərin təmin edilməsi ilə bağlıdır. Verilmiş kreditlərin vaxtında qaytarılması üçün daşınmaz əşyaların ipoteka qoyulması bank fəaliyyətini və kreditorların hüquqlarını təmin edir. Təcrübə göstərir ki, təminatsız verilən kreditlərin geri qaytarılması bir çox hallarda mümküm olmur. Bu da mülkiyyət hüququnun pozulması və banklara ziyan dəyməsi ilə nəticələnir.
Bununla yanaşı, vətəndaşların yaşayış sahəsini almaq üçün kredit əldə etməyin yollarından biri də ipotekadır. Bir tərəfdən borc götürən aşağı faizlə kredit əldə edərək mənzil alır. O, yaşayış sahəsinə olan tələbatını ödəyir, digər tərəfdən, bank təminatlı kredit verməklə gəlir əldə edir.
Yaşayış sahəsinin tərkib hissəsindən istifadə ilə bağlı məhdudiyyət mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla, istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
İpoteka müqaviləsi müstəqil müqavilə deyil və digər müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanılır. Əsas müqavilə isə, qeyd olunduğu kimi, istənilən mülki-hüquqi müqavilədir. Əsas müqavilə üzrə öhdəliklər yerinə yetirildiyi halda və yaxud o ləğv edildiyi, o cümlədən etibarsız sayıldığı halda ipoteka müqaviləsi qüvvədən düşür.
Yaşayış sahələrinin ipoteka qoyulmasının müəyyən hüquqi xüsusiyyətləri var. Belə ki, mülkiyyətçi yaşayış sahəsini ipoteka qoyması üçün həmin sahədə yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin razılığını almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə görə, ailə üzvləri ər-arvad, valideynlər və uşaqlar hesab olunurlar.
Birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka qoyulmasına ər və ya arvadın razılığı tələb olunur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bu əmlakın ipoteka qoyulmasına ər və ya arvadın razılığı tələb olunmur.
İpoteka saxlayan həmin sahədə qeydiyyatda olan digər şəxslərin də razılığını tələb edə bilər. Bütün bu mexanizmlər gələcəkdə tutmanın ipotekaya yönəldilməsi zamanı yarana biləcək mülki mübahisənin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Yaşayış sahəsində qeydiyyatda olan şəxslər, o cümlədən ər və ya arvad ipotekaya razılıq verən zaman əsas müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi imkanını dürüst dəyərləndirməli və ipoteka qoyulan əmlakın gələcəkdə əsas müqavilə üzrə öhdəliyin icrası üçün özgəninkiləşdiriləcəyini bilməlidir.
İpoteka predmetinə sərəncam verilməsi qaydası ipoteka müqaviləsində müəyyənləşdirilə bilər. Əgər bu qayda müqavilə üzrə müəyyən edilməmişdirsə, qanunvericilikdə nəzərdə tutulmuş qayda tətbiq olunur. Həmin qaydaya görə, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).
Göstərilənlərlə bağlı ipoteka qoyan əvvəlcədən ipoteka predmetinə sərəncam verilməsi qaydaları ilə bağlı niyyətini dəqiqləşdirməli və müqaviləni təsdiqləyən notariusa bildirməlidir. Bununla yanaşı, “İpoteka haqqında” Qanunun 30.6-cı maddəsinə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər.
İpoteka qoyan əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.
İpoteka qoyanın mülkiyyət hüququ qanunvericiliyin yuxarıda göstərilən müddəaları ilə qorunur. İpoteka müqaviləsinin forması “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya görə, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
İpoteka müqaviləsinin təsdiqlənməsi zamanı ipoteka qoyulan əşyaya mülkiyyət hüququnu təsdiqləyən sənəd əsas götürülür. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan əşya ipoteka qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
İpoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsinə dair tələb onun qanunvericiliyə uyğun bağlanması, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi və ipotekaya əsas verən sənədlərin ciddi yoxlanılması məqsədini daşıyır. İpoteka predmetinə tutma ipoteka saxlayanın tələbi üzrə yönəldilir. İpoteka müqaviləsinə və ya ipoteka kağızına əsaslanan bu tələb üzrə tutma notariusun icra qeydi ilə həyata keçirilir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən, ən azı, 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
Bu bildirişi alan borclu kreditorun tələbini məhkəmə qaydasında mübahisələndirmək imkanı əldə edir. İcra qeydinin aparılmasına əsas götürülmüş tələbin mübahisələndirilməsi barədə məhkəmədən məlumat daxil olduğu halda notarius icra qeydinin aparılmasını təxirə salır.
İpotekanın dövlət qeydiyyatının ləğvinin xüsusiyyəti ondan ibarətdir ki, bu qeydiyyat ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilə bilər. İpoteka qoyan ilə ipoteka saxlayanın arasında ipotekanın ləğvi haqqında mübahisə yarandığı halda maraqlı tərəf bununla bağlı məhkəməyə iddia vermək hüququna malikdir.
Daxil KƏRİMOV,
hüquq üzrə fəlsəfə doktoru, xüsusi notarius
Xəbərin oxunma sayı : 112
Sosial
Xəbərlər
-
“Bu şəkillərin altına ancaq “no comment“ yazmaq olar“ - FOTO
-
“Erik ten Haq üçün qapılarımız həmişə açıqdır“ - Xosep Qvardiola
-
Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - Məhkəməyə verilib
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - Nələr müzakirə edilib?
-
“Check-up“ müayinələr pulsuz olacaq? - Rəsmi açıqlama
-
5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
-
Sabah bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
“Mazarina“da işçilərin hüquqları pozulur? - Şirkətin rəhbəri inzibati məsuliyyətə cəlb edildi
-
Bakıda daha bir torpaq sürüşməsi baş verdi: Evlər təhlükədə (VİDEO)
-
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib - Maliyyə Nazirliyi məlumat yayıb
-
Elnur Rzayevin “yol əməliyyatı“: Ötən 1,1 milyon, indi də 1,3 milyon...
-
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi... - Məhkəmə başlayır
-
İspaniyada fırtına qopdu – Matəm elan edildi
-
Marqarin idxalı kəskin artıb - Marketlərdə 3 dəfə baha satılır
-
Azərbaycanda unun son qiymətləri - RƏSMİ
-
Naxçıvan İTS-də maliyyə pozuntusu - Pullar hara xərclənib?
-
Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb - VİDEO
-
Mərhumun anası fəryad edir, atası “buraxın, getsin” deyir... - VİDEO
-
Ermənistan təxribatlara hazırlaşır - Videolar
-
“Söyüşlə danışmağa başladığı üçün dalaşdıq“ - TƏFƏRRÜAT
-
Hizbullahın yeni lideri ilk müraciətini yaydı - Mübarizə sözü verdi
-
Mənə kim cinayət işi açır?“ - Ramiz Mehdiyevdən suala qəzəbli reaksiya
-
“8-ci km bazarı“ sökülür? - İcra Hakimiyyətindən açıqlama
-
Ağstafa, Qazax və Tovuzda 5 tender 5 qanun pozuntusu – Təfərrüat
-
“Bunu killer kimi tutan hardadır?“ - Evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir regional idarə müdirlərini dəyişib - SİYAHI
-
Rektorun müşaviri prorektor təyin olunub - ATU-da təyinat
-
Sahibkarların cəzalandırılması davam edir - “Kartdan-karta köçürmə“yə görə
-
ABB “Gəncə Mall”dakı bu stend üçün 80 min manat ödəyəcək – FOTO
-
“Ölkəmizdə keçirilən seçkilər demokratik, şəffaf olub“ - Kobaxidze
-
İsrail Prezidenti Bakıya gəlir - COP29-da iştirak edəcək
-
Nazir müavininə daha bir vəzifə verildi, AHİK sədri isə... - Sərəncam
-
Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manat
-
SEPAH-ın helikopteri qəzaya uğrayıb - Yaralananlar var
-
Zakir Həsənov Mərakeşdə - Yeni saziş imzalanıb
-
“Bu cümhuriyyət əlbəttə ki, kürdün də cümhuriyyətidir” - Ərdoğan Öcalan haqda
-
İpoteka müqaviləsi nədir və onun hüquqi mahiyyəti - ŞƏRH
-
“AzərMaş“ sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş - Hökm oxundu
-
“Səhliyalı” kolbasa şirkəti cərimələndi - Saxta və ya keyfiyyətsiz malları idxal etdiyinə görə
-
Bakıda terror törətmək istəyən Əfqanıstan vətəndaşına - Hökm oxundu
-
Azərbaycanda qızılın qiyməti rekord səviyyəyə yüksəldi – Son qiymətlər
-
Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay həbs!
-
“SOCAR-da daha bir təyinat - Yeni direktor kimdir?
-
Çin iqtisadiyyatı zəifləyir? - Milyarderlərinin sayı azalıb...
-
Prezident yeni salınan parkla tanış oldu - FOTOLAR
-
Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı - Həbs edilənlər var
-
“Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır“ - Hikmət Hacıyev
-
I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI
-
“Rusiyanın canlı qüvvə ehtiyaclarını qarşılamasında ciddi problemlər var” - Pentaqon
-
Məişət zorakılığı ilə bağlı şikayətə belə baxılacaq - Qayda dəyişir
-
“8-ci km Ticarət Mərkəzi“nin ətrafında küçə ticarətinin yığışdırılır - VİDEO
-
İki nəfər qatarın altında qalıb öldü - Bakıda dəhşətli hadisə
-
Talıbovlara bağlı daha bir şirkət - “Mest-8” MMC ləğv olunur
-
Marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi - Ölənlər var
-
“Daha heç kimdən icazə almırıq” - Ərdoğan
-
Leyla və Arzu Əliyevalar ağacəkmə aksiyasında - Fotolar
-
Röyanın “Halloween” tərzi - Fotolar
-
“Futbol yalnız Madrid “Real“ı deyil, hamı üçündür“ - Serxio Aquero
-
Bakıda bitmək bilməyən sıxlıq problemi: Əsl səbəb nədir?
-
“Səndən Allaha şikayət edəcəyəm“ - 135 minlik dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
-
İsrail İranın yeni hücumu halında cavab zərbəsi ilə bağlı xəbərdarlıq edib - “Daha sərt zərbə vuracağıq“
-
Eldəniz Əzizli dördqat dünya çempionu oldu
-
2500-dən çox azyaşlı ABORT etdirib - Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı?
-
Türkiyə yeni hərbi platformalar yaradır - Xarici təhdidin qarşısını almaq üçün
-
Elçin Əmirbəyov Tim Barrou ilə sülh prosesini müzakirə etdi - Fotolar
-
Fransa kəşfiyyatı Azərbaycanla sərhəddə yerləşir - Görüntülər yayıldı + VİDEO
-
“Papanin” sakinləri həyəcan təbili çalır: Evləri başlarına uça bilər
-
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ! -Sabah saat 11:00-da...
-
Sumqayıtın bəzi yerləri işıqsız qalacaq - Xəbərdarlıq
-
“Düşmənlərə qorxu aşılayan çəkindirici gücə nail olana qədər çalışacağıq“ - Ərdoğan
-
Noyabrın 3-də gündüz bu yollar üç saatlıq bağlanacaq - Xəbərdarlıq
-
Rayondan Bakıya gələnlərə məhdudiyyətlər olacaq - AÇIQLAMA
-
“Qızım soruşur ki, ana, Şəbnəm kimdir?” - VİDEO
-
Əmlak bazarının “kirayə müqaviləsi“ problemi - Qanunda hansı boşluqlar var?
-
Ursula von der Leyen NATO Baş katibi ilə görüşüb - Şimali Koreyanın müharibəyə qoşulması müzakirə olunub
-
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilib - Açıqlama
-
“A+CO” şirkəti cəzalandırılır - Ölkədən külli miqdarda pul çıxarıb
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda 43 vergi ödəyicisi cəzalandırıldı - Kartdan karta ödəmələrə görə
-
“Həkim səhv iynə vurdu, ayağım çürüyür” – Şərur sakini
-
Azərbaycanda hər il bu yeməkdən adam ölür - Necə seçə bilərik?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
COP29-da restoran, gözəllik salonları bağlanacaq? - Rəsmi cavab
-
Prezident ƏƏSMN-lə bağlı Fərman imzalayıb - Dəyişiklik
-
“Hizbullah“ın yeni baş katibi seçildi - Naim Qasım KİMDİR...
-
Toy karvanından canlı yayım edənlər cəzalandırıldı - Video
-
Özəl bağçalarla bağlı yenilik: Bir hissəsini dövlət ödəyəcək
-
Bazarda bir manata araq satılır - Deputat
-
Mərkəzi Bankın qərarı gözlənilir: kredit faizlərinə təsir edəcək?
-
Azərbaycan müharibə gedən ölkələrlə nə qədər ticarət edib? - SİYAHI
-
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR
-
“65 yaşdan yuxarı müəllimlər işləmək istəyirlərsə...“ - Agentlik
-
Həkimlərin maaşı artacaq? - Nazir müavinindən açıqlama
-
“Valideynlər əlavə dərs vəsaitləri alınmasına təşviq edilə bilməz” - Eşqi Bağırov
-
Avtomobil qaz xəttinə çırpıldı, 320 abonent qazsız qaldı - Açıqlama
-
Mərkəzi Bank rəhbərliyinin ailə üzvləri də VİP paketdən yararlanacaq? - 819 min manatlıq sığorta
-
59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib - Eşqi Bağırov
-
“Ucuz ətin şorbası olmur” - Əli Əhmədov
-
Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər - RƏSMİ
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Müdafiə Nazirliyi hərbi vəzifəlilərlə bağlı məlumaat yaydı - VİDEO
-
Gürcüstanda azad və demokratik seçkilər keçirilib - Orban
-
“Anam da, xalam da bizə gələn elçiləri bəyənmir” - VİDEO
-
Xaçmazda dəhşətli hadisə: göbələkdən zəhərlənən iki qadın ölüb
-
“Kanalizasiya suyu ətrafa dağılır, baxan yoxdur” - Sabunçudan şikayət
-
Ağalar Vəliyevin oğluna məxsus şirkət cərimələndi - Detallar
-
İlham Əliyev Ərdoğana təbrik məktubu göndərdi - “Əziz Qardaşım...“
-
Bunu edən sürücülər 20 AZN cərimələnəcək - VİDEO
-
4 dostu ilə qalan tələbənin faciəvi ölümü: gecə növbəsində işləyirmiş
-
Azərbaycana dini ziyarət üçün gələn əcnəbilərin sayı 31% artıb – Siyahı
-
Bakının bu ərazilərində torpaq 25 milyona satılır - VİDEO
-
Kərə yağının bahalaşmasının sirri - kütləvi xaricə daşınır
-
“Azeri Light” ucuzlaşdı – 3 dollardan çox
-
Yadplanetlilərin yerdəki iki bazası: SENSASİON MƏLUMATLAR
-
Xəstələri gərəksiz analizlərə göndərən həkimlər - Hippokrat andına xilaf çıxanlar
-
Azərbaycanda 51 qəssabxanada nöqsanlar aşkarlandı - SİYAHI
-
“Bizim hədəfimiz İranı məhv etməkdir“ - Netanyahu
-
NATO Baş katibi: “Şimali Koreya ordusu artıq Kurskdadır“
-
Uşaqları bezdirən hazırlıqlar - Dərsdən əlavə məşğələlərə getmək azyaşlılara necə təsir edir?
TOP 10
ARXİV