![]() |
|














“Prezidentin sərəncamında heç bir səbəb göstərilmirdi…” – Abel Məhərrəmov susqunluğunu pozdu
Tarix 02.05.19, 21:37 |
|

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov “Demokrat.az” xəbər portalına müsahibə verib. Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:
- Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediləndən sonra mətbuatda sizin haqqınızda müxtəlif xəbərlər yazıldı. Hətta, bu addımı sizin “vurulmağınız” kimi təqdim edənlər də oldu. Barənizdə yazılan bu cür xəbərlərə münasibətiniz necədir?
– Bilirsiniz, mən ötən dəfə də sizə müsahibəmdə bildirdim ki, cənab Prezidentin sərəncamı müzakirə olunmur, icra olunur. Mən 20 ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmuşam. Mənim sərəncamımı da 1999-cu ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev vermişdi. Mən orta və ali məktəbi medallarla, əla qiymətlərlə bitirmişəm, Moskva Dövlət Universitetinin yetirməsiyəm, oradakı elmi mühiti görmüşəm. Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam, “Azərbaycan Respublikasının əməkdar elm xadimi” və “Şöhrət” ordeni fəxri adlarına layiq görülmüşəm. Bir neçə ölkənin mükafatlarına da layiq olmuşam. Üç il bundan əvvəl isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Yəni, mənim bütün uğurlarım Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin adı ilə bağlıdır. Əlbəttə ki, mənə bu qədər uğur gətirən ölkə rəhbərlərindən hər zaman razıyam. Ancaq təbii ki, bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta, bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram. Haqqımda deyilən bu cür yalan və cəfəngiyyatlara fikir vermək istəmirəm. O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər. Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar. Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.
- Sizinlə Şeyxülislam Hacı Allahşükür Paşazadənin adının bir yerdə hallandırılmasından sonra aranızda hər hansı söhbət olubmu?
– Bilirsiniz, bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq.
- Dediyiniz qarayaxma kampaniyası zamanı təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasından sizə hər hansı dəstək verildimi?
– Hesab edirəm ki, mənim müdafiəmə heç bir ehtiyac yoxdur. Çünki mən səhv iş görməmişəm ki, məni müdafiə etsinlər. Yaxud da ölkə rəhbəri mənimlə bağlı qeyri-adi addım atmayıb ki, məni müdafiə etsinlər.
Bilirsiniz, biz bundan sonra elə yazılar yazmalıyıq ki, millətimizin yetkinliyi möhkəmlənsin. Nəticədə qara yaxmaq və məqamdan sui-istifadə etmək istəyənlərin sayı azalsın. Burada kütləvi informasiya vasitələrinin vəzifəsi ondan ibarətdir ki, ilk növbədə milli təəssübkeşliyi və milli düşüncəni qlobal müstəviyə çıxara bilsinlər, ağa qara, qaraya da ağ deməsinlər. Ən əsası elm adamlarını ləkələməsinlər. Elm adamını ləkələyəndən sonra onun müdafiəsinə də ehtiyac yoxdur. Çünki ölkə Prezidentinin mənimlə bağlı sərəncamında ləkələnəsi nə isə yoxdur. Bunu ləkələyənlər ətrafda uzun müddət pusquda duranlar və öz yazıları ilə sensasiya yaratmaq istəyən adamlar olub. Bəlkə də hələ bundan sonra da eyni arzuda olacaqlar. Hesab edirəm ki, qarayaxanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır.
- Sizə qarşı qarayaxma aparanların hakimiyyətdə təmsil olunan şəxslərdən olduğunu düşünürsünüz?
– Mən bunu analiz etməmişəm. Ancaq bizim cəmiyyət elədir ki, dəstək olmasa, geri çəkilirlər, dəstək olanda isə qabağa gedirlər. Yəni, kimsə kiminsə idarəsində işləyirsə, ola bilər ki, ona arxayın olub edib. Yenə deyirəm ki, mənim ölkə rəhbərindən heç bir narazılığım yoxdur. Əksinə, mən onun yürütdüyü siyasəti səmimi şəkildə dəstəkləyirəm. Biz çox şadıq ki, bu gün ölkəmizi İlham Əliyev kimi təcrübəli və güclü Prezident idarə edir. Bu gün Azərbaycanda xalqla Prezidentin birliyi çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu siyasətlə Azərbaycanı işıqlı gələcəyə aparacağıq.
- Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevlə münasibətləriniz necədir?
– Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm. Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram.
Vasif Həsənli
Xəbərin oxunma sayı : 766
Müsahibə
Xəbərlər
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
TOP 10
ARXİV