“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qaçqınkom”un qalmaqallı məmuru Hacıqulu Sadıqov Avropada əmlak şirkəti yaradıb - FOTOLAR

Tarix 05.07.20, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb.

AzFakt.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:

Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib. 

Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

Qeyd edəl ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib. Daha sonra isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi təyin olunub.


 

 

 





Xəbərin oxunma sayı : 1687




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap