“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qarabağ müharibəsində “İskəndər M“ raketindən istifadə olunmayıb“ - Rusiya Müdafiə Nazirliyi

Tarix 25.02.21, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" raketlərinin effektivsizliyi barədə açıqlamasına rəsmi münasibət bildirib.

"AzPolitika.info" Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya MN Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər" raketlərindən istifadəni təkzib edib. 

"Bizdə olan obyektiv məlumata görə, Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər M" raketindən istifadə olunmayıb. Bütün döyüş sursatları hazırda Ermənistanın silah anbarlarındadır. Görünür, cənab Paşinyana əsassız məlumatlar verilib", - MN sözçüsü bildirib.

Bəyanatda həmçinin əlavə olunur ki, "İskəndər" raketindən Suriyada real döyüş şəraitində dəfələrlə istifadə olunub və bu raketin analoqları arasında ən yaxşı olduğu etiraf olunur. 

Rusiya MN-in bu açıqlaması təəccüb doğurur. Belə ki, Qarabağ müharibəsində "İskəndər" raketlərindən uğursuz istifadəni təkcə Paşinyan yox, hərbçilər də etiraf edib. Hətta Baş Qərargah rəisi, o cümlədən sabiq prezident Serj Sarqsyan da bu faktı təsdiq ediblər. 

Xatırladaq ki, Nikol Paşinyan müharibə zamanı "İskəndər" raketlərindən istifadə olunduğunu, lakin onların cəmi 10 faizinin partladığını bildirib. Bu bəyanat Rusiyada böyük qəzəblə qarşılanıb. Ermənistanın Baş Qərargah rəisinin bu gün Paşinyanı istefaya çağırması da, elə bu qəzəbin nəticəsi hesab olunur. 



Xəbərin oxunma sayı : 781




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap