Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır“ - Tokayev

Tarix 10.03.24, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız institusionallaşma yolunda uzun məsafə qət edib. Bundan əlavə, TDT beynəlxalq arenada tanınmış və hörmətli aktora çevrilir. Türk Dövlətləri Təşkilatının tarixi missiyasını zaman Azərbaycan Lideri ilə razılaşmamaq çətindir. Həqiqətən də bu inteqrasiya birliyinin rolunu dəyərləndirmək çətindir. Nisbətən qısa bir tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini nümayiş etdirərək Türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi müəyyən edib. Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca böyükdür. Sadəcə, bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadratkilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, Türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün kifayətdir. Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır. Bu baxımdan TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi TDT ailəsinə daxil olan digər təşkilatların əməyini qeyd etməyə bilmərəm. Onlar təkcə humanitar və maarifləndirici missiya yerinə yetirmir, həmçinin xalqlarımızın həyatına böyük mənəvi güc verirlər. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) qanunların təsis edilməsi və parlament diplomatiyasının inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparıldığı, qabaqcıl ideyaların toplandığı nüfuzlu beynəlxalq qurumdur. Nisbətən yaxın dövrdə yaradılmış Türk İnvestisiya Fondu regiondaxili ticarətin, kiçik və orta sahibkarlığın inkişafına kömək etməyə vəsaitlərin cəlb olunması, habelə beynəlxalq maliyyə institutları ilə birgə layihələrin həyata keçirilməsi üçün yüksək effektiv platforma yaratmaq üçün nəzərdə tutulub. Qazaxıstanla Azərbaycan arasında TDT çərçivəsində əməkdaşlıqdan danışarkən Təşkilatın institusional inkişafına yanaşmalarımızın ahəngliyinə diqqəti çəkmək istərdim. Ölkələrimiz türkyönümlü altı beynəlxalq təşkilatın hamısının iştirakçısıdır və bu, TDT-nin inteqrasiyasının inkişaf vektorunu Astana ilə Bakının eyni şəkildə görməsinin ən bariz nümunəsidir. Qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün Azərbaycan idmançılarını cari il sentyabrın 8-14-də Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında iştirak etməyə dəvət edirik", - Tokayev vurğulayıb.



Xəbərin oxunma sayı : 811




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap