“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İqbal Ağazadədən Milli Şuraya ittiham: “İnsanları aşağılamaq doğru deyil“

Tarix 16.05.20, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


“Milli Şura mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmirəm”.

AzFakt.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ. Ağazadə bunu onunla əsaslandırıb ki, Milli Şuranın proseslərə təsir etmək və nüfuz imkanları cəmiyyətin bütün təbəqələrini əhatə etmir: "Ona görə də bu qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər də maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməyə əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmaq və hüquq dövlətindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır”.

O qeyd edib ki, Milli Şuranın buraxılması heç nəyi dəyişməz: “Milli Şuraya onsuz da çox adam qoşulmayıb. Bundan sonra da kim bu quruma qoşulmaq istəmirsə, qoşulmasın. Onsuz da onlar məhdud saydadırlar. Milli Şuranın varlığı ilə yoxluğu siyasətdə heç nəyi dəyişməyəcək. Əslində, Milli Şura deyilən təşkilat yoxdur, AXCP var. Mən bu gün Ümid Partiyasının yanında “Beynəlxalq Şura” adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu, heç nəyi dəyişməyəcək”.



Xəbərin oxunma sayı : 403




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap