![]() |
|














İqbal Ağazadədən Putinə müraciət: “Ya yaxşı qonşu olun, ya gedin!“
Tarix 15.01.21, 11:45 |
|

Ümid Partiyasının sədri İqbal Ağazadə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
AzFakt.com həmin müraciəti təqdim edir:
İkinci Qarabağ savaşının aktiv fazası bitmiş hesab oluna bilər. Ən azı, hərb meydanında atəşkəsdir. Savaş Qarabağ torpaqlarından masa arxasına daşınıb. Bu masalar harda qurulacaq? Uzaq ABŞ-da, Avropada, yoxsa Rusiyada?!
Hələlik masanın qurucusu da, başında əyləşən və tərəflərə diktə edən də Rusiyadır…
Rusiya postsovet ölkələrindən çəkilmək istəmir. Hər vasitə ilə mövcudluğunu qoruyur, özünə münasib hakimiyyətlər yaratmağa, alınmayanda isə etnik-milli separatizmi dəstəkləməklə orada olmağa çalışır…
Və hələlik bacarır. Rusiyanı durduran kimsə yoxdur. Bugünlük…
Nə beynəlxalq təzyiqlər, nə də iqtisadi sanksiyalar onu öz imperialist maraqlarından çəkindirə bilmir. Daxildə isə Rusiyanın gələcəyi ilə bağlı əndişə keçirən çox az siyasətçi var. Rusiya demokratları belə, təəssüf ki, daxildəki antidemokratik və avtoritar rejimdən şikayətçi olsalar da, ölkələrinin imperialist təfəkküründən, işğalçı və istilaçı siyasətindən qurtulması üçün heç bir cəhd etmirlər. Ya susurlar, ya da “dövlət marağı” deyib, bu və ya digər şəkildə dəstək verirlər. “Demokrat” Yeltsin də belə olub, avtoritar Putin də dəyişməyib, Navalnı da bu siyasətə qarşı mövqe ifadə etmir.
Bəlkə, doğrudan da, dövlət, ölkə marağı belə tələb edir?! Düşünmürəm…
İstilaçı və imperialist güclər, enində-sonunda, ölkələrini fəlakətlə üz-üzə qoyublar. Kiməsə tarixdən dərs keçmək, nümunələr sadalamaq istəməzdim. Hamınız kifayət qədər məlumatlısınız, lakin bütün xəyanətkarların taleyi eyni olduğu kimi, imperialist dövlətlərin də, gec-tez, sonunun başqalarından fərqlənməyəcəyini bilirəm.
Rusiya da eynən bu taleyi yaşayacaq. Həm də çox acınacaqlı… Dəyişməsə!
…Qarabağın bugünkü vəziyyəti ilə bağlı yazıma Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə müraciətlə başlamaq istəyirəm. Çünki əvvəldə də qeyd etdiyim kimi, masanı quran da, başında əyləşən də Rusiyadır.
Çox hörmətli Vladimir Vladimiroviç!
Mənim sizi antidemokratiklikdə və avtoritarlıqda günahlandırmaq niyyətim yoxdur. Təbii ki, sizin idarəetmə prinsiplərinizi və sisteminizi qəbul etməyən biriyəm. Lakin sizi seçmək və ya hakimiyyətdən uzaqlaşdırmaq, müstəsna hüquq kimi, Rusiya xalqına məxsusdur.
Uzun illər eyni bölgədə yaşadığımız üçün Rusiya siyasətini yaxından təqib edirəm. Həmçinin Azərbaycanda hakimiyyətə iddialı bir partiyanın – Ümid Partiyasının sədriyəm. Təbii ki, yaxın və böyük qonşumuz Rusiyada cərəyan edən hadisələr həmişə maraq dairəmizdədir və baş verənləri həssaslıqla izləyirik.
Ölkədaxili məsələlərinizə qarışmaq niyyətindən çox uzağam, nə ucsuz-bucaqsız Sibirdə yaşayan insanların həyat şəraitindən, nə ölkənizdəki antidemokratik seçkilərdən, nə insan haqlarının pozulmasından, nə də ac-yalavac təqaüdçülərdən yazacağam. Heç Navalnının zəhərlənməsi də mənim sizə ünvanlayacağım məktubun qayəsini təşkil etməyəcək. Bu, məndən çox, Rusiya xalqının düşünməli olduğu məsələdir. Lakin elə həssas və incə maraqlar var ki, onlar haqda mütləq yazacağam, cənab Putin!
Görəsən, heç ömrünüzdə bircə dəfə ətrafınızda sizinlə qonşu olan dövlətlərin sizi – şəxsinizi deyil, Rusiyanı – sevmədiyinin fərqində olmusunuzmu?!
Bircə dəfə düşündünüzmü, 70 il sizinlə bir sistemdə və ölkədə yaşayan pribaltikalılar, moldovanlar, ukraynalılar, belaruslar, gürcülər, azərbaycanlılar, ermənilər, orta asiyalılar niyə Rusiya dövlətinə (Rus xalqına deyil) bu qədər qəzəb və nifrətlə baxırlar?!
Heç fərqindəsinizmi, sovet quruluşunda sizinlə eyni ideologiyanı bölüşən Şərqi Avropa xalqları, əfqanlar, kubalılar, vyetnamlılar, əksər ərəb ölkələrinin vətəndaşları niyə sizə dəhşətli antipatik münasibət bəsləyirlər?!
Düşünüb də qəbullana bilirsinizmi?!
Mən hələ sizlərlə SSRİ dövründən düşmən münasibətdə olan ölkələri və onların xalqlarını demirəm! İddia edə bilərsiniz ki, bu ölkələrlə uzun illərin ideoloji savaşı bizləri düşmən edib.
Bəs sizlərlə bir yerdə olanlar? Deyək ki, bizlər də sizdən ayrılmışıq, indi bu ayrılıq aramıza düşmənçilik və nifaq toxumu səpib, bəs ölkənizdə yaşayan xalqların Rusiyaya olan münasibətindən xəbəriniz yoxdurmu? Doğrudanmı, elə güman edirsiniz ki, çeçen xalqı tarixdə olanları unudub? Və bu gün dövlətinizin idarəetmə forma və üsullarına görə susan çeçenlər heç vaxt bir daha sizlərə qarşı içində olan kin və küdurəti büruzə verməyəcək?
Ya Tatarıstan? Son bir ildə tatar xalqının dil uğrunda mübarizəsi sizlərə heç nə demirmi? Axı haqqı verilməyən və əzilən insanlar psixoloji cəhətdən həmişə savaşa hazır olanlardır. Sadəcə, fürsət gözləyirlər…
Ya heçmi narahat olmadınız ki, bir gün bir milyonluq osetin xalqı sizlərə sual ünvanlayacaq: nədən 140 minlik həmyerlilərimizə – Cənubi Osetiyaya – müstəqillik verən Rusiya bizim azad dövlət olmağımızı istəmir?
Yoxsa başqırd, altay, xakas, tuva, qaraçay, çərkəz, inquş, avar, kumık, noqay, saxa, ləzgi, udmurt, dargin sonsuza qədər susacaqmı?
Susardı – əgər sizlər daxildə azad, demokratik, firavan Rusiya yaratmış olsaydınız. Eynən demokratik və azad ölkələrdəki kimi…
Lakin Rusiya idarəetməsinin mahiyyət və reallıqları mütləq o xalqları da bir gün yerindən oynadacaq, içəridə təlatümlər olacaq. Bəlkə, sizin dövrünüzdə olmayacaq, amma inanıram ki, hər birimiz ölkəmizin gələcəyini yaşadığımız qısa ömrün tarixi qədər görmürük.
Dünən bütün Moldovada olan Rusiya bu gün Prednestrovyadadır – həm də bu dövlətin etirazına rəğmən. Bir gün burdan da çəkiləcəksiniz – müzakirəsiz və mübahisəsiz. Lakin orda yaşayan ruslar üçün də problem qoyub gedəcəksiniz, onlar sizə sığınıb, güvənib separatçılıq etdiyinə görə mütləq bir ayağı qaçaraq, bir gözü qıpıq olacaq.
Ukrayna, Gürcüstan, Azərbaycan da elə… İndi Azərbaycandasınız, cənab Putin, sülhməramlı adı ilə.
Heç Rusiyanın nə vaxtsa sülhdən yana olduğunu xatırlayırsınızmı? Burda da sülh üçün deyilsiniz. Güc olduğunuzu bu şəkildə bizlərə də, çevrə dövlətlərinə də isbatlamaq niyyətindəsiniz. Hələlik alınır. Amma hələlik…
Gəldiyiniz gündən birtərəfli siyasətinizlə Azərbaycan cəmiyyətində qəzəb və nifaq yaratmağa başlamısınız. Gəlişinizin hansı məcburiyyətdən olduğunu hamımız gözəl bilirik – bütün azərbaycanlılar.
Gəlin, bircə dəfə də olsa, şansınızı yoxlayın. Bəlkə, doğrudan da, sülhməramlı ola bilərsiniz?! BMT-nin bizi tanıdığı sərhədlər çərçivəsində hüququmuza hörmət etməklə, erməni separatçılığına dəstək verməməklə könlümüzdə ayrı bir Rusiya yarada bilərsiniz?!
Heçmi düşünmürsünüz ki, 70 min erməniyə dövlət yaratmağa çalışan, həm də başqa bir ölkənin ərazisində, etnik separatizmi dəstəkləyən Rusiyada neçə Dağlıq Qarabağ ola bilər? Çeçenistan, Tatarıstan, Başqırdıstan, Osetiya, İnquşetiya, Dağıstan, Tuva, Xakasiya, Saxa və i.a. – saymaqla bitmir. Niyə bu tipli problemlərə ədalətli yanaşmanızla gələcəkdə ölkənizdə törəyəcək fəsadları indidən əngəlləməyə çalışmırsınız?!
Dağlıq Qarabağda quruculuq işləri görürsünüz – modul xəstəxanalar tikir, şəhərciklər salmağa çalışırsınız. Azərbaycanın erməni əsilli vətəndaşlarını himayə etməklə sevgi qazanacağınızı zənn edirsiniz.
Heç düşünmədinizmi, ömründə həkim üzü görməyən nə qədər rayon və əyalətləriniz var? O modul xəstəxanaları Sibirin uzaq kəndlərində qurub da öz insanınıza sahib çıxsanız, ölkənizin və şəxsinizin nüfuzu nə qədər artar?!
İnqilabdan sonra Rusiyada tikilmiş taxta evlərin sayı barədə məlumatınız varmı? Hələ onların bir dəfə təmir edilmədiyinin fərqindəsinizmi? Soyuq qış aylarında qar altından bircə qapısı görünən bu evlər də sizin vətəninizdədir, cənab Putin! Nədən Azərbaycan torpağında ev tikmək istəyən Rusiya öz vətəndaşlarının bu acınacaqlı mənzil şəraitini dəyişdirməyi düşünmür? Niyyətiniz xoşdursa, darda qalana kömək etmək, evsiz qalanı evlə təmin etmək istəyirsinizsə, Rusiyadan başlamaq doğru olmazmı?!
Qarabağla bağlı bəyanatınızda dəfələrlə vurğuladınız ki, biz qanı durdurduq, insanların, gənclərin ölməsini əngəllədik. Missiya o qədər ülvi və gözəldir ki… Lakin ərazinizin bir qismində, həm də ucsuz-bucaqsız ərazinizdə bir xalq, etnik qrup Rusiyadan ayrılmaq istəsə, ermənilər kimi separatçılıq etsə, ya Rusiyadan ayrılmaq, Çinə, Qazaxıstana, yaxud da Ukraynaya birləşmək istəsə, eyni “humanistlik”lə yanaşardınızmı?!
Birdən, Azərbaycan Dərbəndi sizdən geri almaq istəsə, hansı reaksiyanı verərsiniz?! Axı Dərbənd əhalisinin çoxu azərbaycanlılardır – 1813-cü ildə “Gülüstan” müqaviləsi ilə Rusiyanın tərkibinə verilib.
Siz heç Kuril adalarını Yaponiyaya, Kalininqradı Almaniyaya, Krımı Ukraynaya qaytarmağı düşünmədiniz.
Bunlar bir yana…
Prednestrovya, Şərqi Ukrayna, Abxaziya, Cənubi Osetiya, indi də Qarabağ, sizə görə, BMT-nin ərazisi kimi tanıdığı dövlətlərə məxsus deyil. Siz hələ Qazaxıstanın ərazilərinə iddia edirsiniz. Bütün bunların fonunda mən sizin ədalətinizə və sülhpərvərliyinizə necə etimad edim?! Necə inanım ki, siz gənclərin ölümünü istəmirsiniz?
Ölkənizdəki çətin iqtisadi durumdan dolayı Suriyada, Liviyada və yuxarıda qeyd etdiyim ərazilərdə ölən rus gəncləri bəşərə və insanlığa dinclik və əmin-amanlıq gətirmək üçün qurban gedirlərmi?! Dağlıq Qarabağda minaya düşərək həlak olan rus əsgərin anasının, doğmasının gözünün içinə necə baxdınız?! Onların ölümünü necə əsaslandıra bildiniz?! Dediniz ki, biz Ermənistan-Azərbaycan cəbhəsinə sülh gətirmək üçün övladlarınızı fəda edirik? Sizcə, sadə rus xalqı buna inanırmı?!
Əminəm ki, siz də bu sualların cavabını öz içinizdə bilirsiniz.
XXI əsrdə yaşayırıq. Dünya başqa platformalarda uzlaşmağa çalışır. Hələlik keçmiş sovet respublikaları rus xalqını düşmən bilmir, amma Rusiya iqtidarını ya düşmən, ya da təhlükə hesab edirlər. Dəyişmək sizin əlinizdədir…
Ukrayna xalqını itirdiniz, o xalq bir daha sizlərlə bir yerdə olmağı arzulamayacaq! Moldova və Gürcüstanı çoxdan itirmisiniz, bu ölkələrin vətəndaşları sizləri işğalçı kimi tanıyır. Əmin olun, cənab Putin, II Qarabağ savaşında Ermənistan və Azərbaycanı da itirdiniz! Nə Ermənistanda, nə də Azərbaycanda kimsə Rusiyaya etimad etmir – eynən digər postsovet ölkələrindəki kimi.
Çətin də olsa, obyektiv olun! Savaş yaratmaqla deyil, qanunlara riayət etməklə dövlətləri və xalqları qazanmağa çalışın!
Sizdən hüququmuzu istəmirik, bircə dəfə obyektiv olmanızı istəyirik, yalançı sülhməramlılıq yox, gerçəkdən iki savaşan tərəfi barışdıran qonşuluq gözləyirik. Etməyəcəyinizə, təəssüf ki, əminəm.
Amma bu, bizdən çox, sizləri qorxutmalıdır. Biz imperiyaların çöküşünü çox oxumuşuq. İmperiya xislətiniz Rusiyanı təhdid edir. Qarabağı həmişəlik itirəcəyimizi düşünməyin, lakin bu münasibətinizlə sizi həmişəlik itirəcəyik. Həm də biz yox, bütün postsovet ölkələri…
Bir gün Rusiyanın təkəri tərsinə fırlananda, sizin bütün qonşular – keçmiş postsovet ölkələri – düşmənlərinizə dəstək verəcək. Deməyin ki, olmayacaq… Dostlarınız sırasında Pribaltika, Ukrayna, Moldova, Gürcüstan yoxdur artıq. Azərbaycan və Ermənistan, o cümlədən Belarus da bu yoldadır. Orta Asiya Respublikaları isə, ilk fürsətdəcə, üzlərini çevirəcəklər. Heç bir güc sonsuza qədər davam edə bilməz.
Dost olmağımız üçün çox səbəblər var – ortaq tarix, xalqlarımızın yaxınlığı, dil bağlılığı, mədəniyyət, iqtisadi əlaqələr və s. Düşmən olmağımız üçün tək səbəb isə sizin qeyri-obyektivliyiniz (Rusiyanın) və imperialist siyasətinizdir. Təəssüf ki, siz də tək səbəbi seçirsiniz, az qala, 300 ildir.
Bəlkə, dəyişəsiniz? 300 illik siyasətin sizə uğur gətirmədiyinə bir də başqa pəncərədən baxasınız. İqtisadiyyatınız, səhiyyəniz, təhsiliniz, sosial vəziyyətiniz, hətta güvəndiyiniz hərbi gücünüz dünyanın inkişaf etmiş ölkələrindən nə qədər geridə qalır?!
Mən inanıram ki, bu statistikanı siz hamıdan gözəl bilirsiniz. İstərdim ki, qonşumuz olan Rusiyanı mən də sevə bilim, xalqlar sizlərə qorxu və təlaşla deyil, sevgi ilə baxa bilsin. Bayrağınızın dalğalandığı yerdə həmişə qan, ölüm, müharibə təhlükəsi hiss etməyək, o bayrağın sülh gətirəcəyinə içimizdə inanaq, güvənək, qonşu kimi, böyük dövlət kimi.
Bu, mənim arzularımdır… Bəs sizin?!
Sonda… Qarabağ Azərbaycandır! Bu həqiqəti heç kim, heç vaxt dəyişə bilməyəcək. Nə separatçı ermənilər, nə himayədarları, nə də “sülhməramlı” adı ilə Rusiya qoşunları…
Çox istərdik ki, Qarabağda olduğunuz müddətdə obyektiv yanaşmanızla bizə, Azərbaycan xalqına rus qoşunlarının 20 Yanvarda, Xocalıda, küllü Qarabağda törətdiklərini unutdurasınız, regionda sülhün və qanunların bərqərar olmasına töhfə verəsiniz. Hələlik bunu görmürük…
Bizi sizlərə – Rusiyaya “hələlik” deməyə məcbur edən siyasət yürüdürsünüz. Ya yaxşı qonşu olun, ya gedin!
Bizim qədim atalar sözümüz var: “Yaxşı qonşu uzaq qohumdan yaxşıdır”. Amma yaxşı qonşu… Təəssüf ki, siz hələlik yaxşı qonşu deyilsiniz. Yaxşı qonşu olmaq ÜMİDİLƏ!
Xəbərin oxunma sayı : 415
Siyasət
Xəbərlər
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
TOP 10
ARXİV