|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Əqli Mülkiyyət Agentliyinə “tender sualları“: Ata-oğulun şirkətləri necə qalib oldu?
Tarix 19.06.19, 20:13 |
|
Ötən ildən başlayaraq Prezident İlham Əliyev mobil hökumətin formalaşması istiqamətində genişmiqyaslı islahatlar apararaq bir sıra agentlik və ASC-lərin yaradılması barədə müxtəlif sərəncam və fərmanlar imzaladı. Bu sərəncamlardan biri də 2018-ci ilin aprel ayında istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı idi. Dövlət başçısının bu sərəncamı əksər sahibkarların heç də razı qalmadığı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək Əqli Mülkiyyət Agentliyi yaradıldı.
Ləğv edilən Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətlərinin bütünlüklə Əqli Mülkiyyət Agentliyinə verilməsi isə bu qurumun gələcək fəaliyyətinə ölkə rəhbərliyinin böyük inamının olmasının göstəricisi idi.
Bəs görəsən Əqli Mülkiyyət Agentliyi öz fəaliyyətində bu inamı doğruldurmu? Qurum şəffaflıq prinsiplərinə nə dərəcədə əməl edir?
Agentlik ata-oğulun şirkətlərinə "Pənah" aparır?
Qaynarinfo.az olaraq Əqli Mülkiyyət Agentliyinin 2019-cu ilin may ayında keçirdiyi iki tenderə nəzər saldıq. Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi 2019-cu ilin may ayının 14-də I lot üzrə "Əqli mülkiyyət obyektləri ilə əlaqədar xidmətlərin təmas olmadan işin təşkil edilməsi məqsədi ilə "PƏNAH" layihəsi (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf)" adlı, smetası 36500 (otuz altı min beş yüz) manat tenderin sifarişçisi olub. Bu tenderin qalibi "CSA" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Əqli Mülkiyyət Agentliyinin 2019-cu ilin may ayının 31-də "Server və növbə sistemi avadanlıqları" üzrə sifarişçisi olduğu, smetası 40440 (qırx min dörd yüz qırx) manat olan tenderin qalibi isə "BULUD STORE" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
"CSA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin oktyabr ayında təsis edilib. Şirkətin qanuni təmsilçisi 1963-cü il təvəllüdlü Sadıqov Müşfiq Calal oğludur. "CSA" MMC-nin hüquqi ünvanı isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi ev 13 ünvanıdır.
"BULUD STORE" MMC isə 2018-ci ilin iyun ayında təsis edilib. Şirkətin qanuni təmsilçisi 1992-ci il təvəllüdlü Sadıqlı Elxan Müşfiq oğlu, hüquqi ünvanı isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi ev 13 ünvanıdır. Əqli Mülkiyyət Agentliyinin 2019-cu ilin may ayının 14 və 31-də sifarişçisi olduğu tenderlərin qalibi olan hər iki şirkət yuxarıda göründüyü kimi eyni ünvanda yerləşir. "BULUD STORE" MMC-nin qanuni təmsilçisi Sadıqlı Elxan tenderdə qalib edilən digər təşkilatın-"CSA" MMC-nin qanuni təmsilçisi Müşfiq Sadıqovun oğludur. Maraqlıdır ki, Əqli Mülkiyyət Agentliyinin 2018-ci ilin oktyabr ayında sifarişçisi olduğu "Saytın hazırlanması işləri" üzrə, dəyəri 10450 (on min dörd yüz əlli) manatlıq tenderin qalibi CSA MMC olub.
Hüquqi ünvanları eyni mənzildə və qanuni təmsilçiləri yaxın qohum (ata-oğul) olan iki şirkətin Əqli Mülkiyyət Agentliyinin 15 gün içərisində sifarişçisi olduğu, ümimilikdə 76940 manatlıq tenderlərinin qalibi olması maraq kəsb etdiyi üçün Agentlikdən məsələyə münasibət öyrəndik.
Əqli Mülkiyyət Agentliyi məsələ ilə bağlı açıqlamasında qeyd edir: ""PƏNAH” rəqəmli informasiya sisteminin yaradılmasına dair elan olunmuş kotirovka sorğusu üzrə 4 şirkətdən təklif daxil olmuşdur ("Neyron teknolocis” MMC, "TELEKOM İNVEST” MMC, "CCİ” Texnologiya MMM və "CSA” MMC). Əsas meyar kimi proqram təminatını yazacaq komanda üzvlərinin sahə üzrə peşəkarlığı, həyata keçirdikləri layihələr və sair göstəricilər nəzərə alınmaqla, Layihə üçün müəyyən edilmiş tələblərə tamamilə uyğun olan ən aşağı qiymət təklif edən "CSA” MMC şirkəti qalib elan olunmuşdur. Şirkət haqqında məlumatları www.csa.az saytından əldə etmək olar. "CSA” MMC şirkəti vaxtı ilə Agentliyin internet saytının hazırlanmasında iştirak etmişdir. Şirkət qanunvericliyin tələblərinə uyğun olaraq keçirilmiş kotirovka sorğusunun nəticələrinə əsasən qalib seçilmişdir. Əlavə olaraq bildiririk ki, qanunvericilik əvvəllər hansısa tenderdə və ya kotirovka sorğusunda iştirak etmiş və ya qalib gəlmiş şirkətin sonrakı tenderlərdə və kotirovka sorğularında iştirakına məhdudiyyət qoymur".
Tenderdə qalib olan şirkət Agentliyə yararsız avadanlıq sırımaq istəyib
"Əqli Mülkiyyət Agentliyi "Server və növbə sistemi avadanlıqları”nın alınmasına gəldikdə isə kotirovka sorğusunda 6 şirkət ("CSA” MMC, "Neyron teknolocis” MMC, "BULUD STORE” MMC, "Azericomp IT Company” MMC, "Stell Technology” MMC və "Bakinity Distribution” MMC) iştirak etmişdir. Bu kotirovka sorğusu üçün əsas meyarlar kimi təchiz olunacaq avadanlıqların parametrləri və onların qiymətləri qoyulmuşdur. Şirkətlər tərəfindən Agentliyə təqdim olunmuş içərisində qiymət təklifləri və avadanlıqların siyahısı olan bağlı və möhürlü zərflər Komissiya üzvlərinin və şirkət nümayəndələrinin iştirakı ilə açılmış və "Dövlət satınalmaları haqqında” Qanunun 44.4.1-ci maddəsinə uyğun olaraq ən aşağı qiymətli təklif seçilmiş və həmin Qanunun 37.3-cü maddəsinə uyğun olaraq, ən aşağı qiymətli təklifi vermiş "BULUD STORE” MMC qalib elan olunmuşdur.
"Dövlət satınalmaları haqqında” Qanunun 49.4-cü maddəsinə uyğun olaraq, Satınalan təşkilatın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmış malgöndərən - "BULUD STORE” MMC ilə müqavilə imzalanmışdır.
Yuxarıda qeyd olunanlara baxmayaraq, Agentliyin İdarə Heyətinin sədrinə işlərin gedişatı haqqında məlumat verilərkən, zərflərin açılışı zamanı digər iştirakçı şirkətlərin nümayəndələrinin bəziləri tərəfindən qalib şirkətin təklif etdiyi qiymətin orta bazar qiymətləri ilə müqayisədə aşağı olmasına dair səsləndirdikləri fikirlər də ona çatdırılmışdır. Bununla əlaqədar, Sədr tərəfindən məsələnin əlavə araşdırlıması tapşırığı verilmişdir. Onun tapşırığına əsasən qalib şirkətlə danışıqlar aparılmış, avadanlıqların texniki baxımdan yararlılığı, onların vaxtında və lazımi keyfiyyətdə təchiz olmasına dair sərt tələblər qoyulmuşdur.
Aparılan danışıqlar prosesində təklif olunan avadanlıqların köhnə nəsil avadanlıq və həm də texniki parametrlərində nasazlıq olması məlum olmuşdur. Bu səbəbdən də müqavilə öhdəliklərini yetirə bilməmələrinə görə müqavilə qarşı tərəfin məktubuna əsasən ləğv edilmişdir".
Sədr məsələni nəzarətə götürüb
"Qeyd olunmalıdır ki, sonrakı araşdırma zamanı kotirovka sorğusuna dair təkliflərin açılması zamanı müəyyən olunması mümkün olmayan və ya zərflərin açılmasından qabaq qanunvericiliklə tələb olunmayan ünvanların araşdırılması şirkətlərin rəhbərlərinin əlaqəli şəxslər olduqlarını üzə çıxarmışdır, kotirovka sorğusu prosedurunda eyni zamanda iştirak edən şirkətlərdən ikisinin - "BULUD STORE” MMC və "CSA” MMC-nin hüquqi ünvanlarının eyni və həmin şirkətlərin rəhbərlərinin yaxın qohumluq əlaqələrinin (ata, oğul) olması müəyyən olunmuşdur.
Belə halın qanunvericiliyə zidd olmamasına baxmayaraq, tərəfimizdən mənfi hal kimi qiymətləndirilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, məsələ Agentliyin rəhbərinin nəzarətindədir.
Bütün bu əsasları, həmçinin "BULUD STORE” MMC tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edilməsini nəzərə alaraq, Komissiya həmin kotirovka sorğusu üzrə nəticələrin ləğv edilməsi və yeni kotirovka sorğusunun keçirilməsi barədə qərar qəbul etmişdir. Hazırda yeni kotirovka sorğusu paketi hazırlanır və yaxın günlərdə bununla bağlı müvafiq qaydada elan veriləcəkdir".
Göründüyü kimi, Qaynarinfo.az-ın sıravi əməkdaşının kiçik bir araşdırması və göndərdiyi sorğudan sonra Agentlik elan etdiyi tenderin nəticələrini ləğv edib. Elə isə sual yaranır, bəs Agentliyin çoxsaylı əməkdaşları, tenderlərin şəffav keçirilməsinə cavabdeh olan səlahiyyətli şəxslər niyə öz vəzifələrini layiqincə yerinə yetirmir? 76940 manatlıq katirovka sorğusunu keçirə bilməyən Əqli Mülkiyyət Agentliyi ölkədə istehlak bazarına nəzarəti, standartlaşdırmanı, metrologiya və əqli mülkiyyət hüquqlarını necə həyata keçirəcək?
Bununla belə, verilən sorğuya operativ reaksiyanı və atılan addımları da alqışlayırıq.
Xəbərin oxunma sayı : 325
Sosial
Xəbərlər
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır
-
2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI
-
DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz
-
Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
-
Bakıda narkotik satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO/VİDEO
-
Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu - FOTOLAR
-
Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
-
“Azərterminalkompleks“ işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb
-
Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - REYTİNQ
-
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
-
Heydər Əliyevə Ağdam Cümə məscidinin daş parçasını hədiyyə edəndə gözləri yaşardı - VİDEO
-
271 saylı məktəbin müəllimi: “Uşaqlar məkəbə gəlmir, direktora pul verir“
-
Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO+FOTOLAR
-
Dollar neçəyə olacaq? – 2 günlük rəsmi məzənnəni açıqlandı
-
“Ukraynaya əsgər göndərməyə hazırıq“ - Baş nazir
-
“Bolt“ qiymətləri qaldırdı - RƏSMİ
-
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
-
Porno aktrisa Trampla görüşündən danışdı – “O, məni nahara dəvət etdi...”
-
Bölgələrdə mənzillər bahalaşdı - VİDEO
-
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər
-
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
-
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verildi - FOTO
-
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
-
Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer - VİDEO
-
Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ
-
Həbsdə olan qohumunu azad edəcəyinə söz verib - 28 min manatını mənimsədi
-
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
-
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO
-
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO
-
“COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq“ - Bolqarıstan Prezidenti
-
Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb - SİYAHI
-
Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT
-
Klublarda audit yoxlaması: Dövlət ayırdığının hesabını tələb edir
-
“Fransız hərbçiləri artıq Donbasdadır” – Fransadan olan hərbi müxbir
-
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - FOTO
-
“WhatsApp” daha bir yeniliklə gəlir - FOTO
-
Zaqataladakı dönərxananın sahibi: “Problem toyuqda olub“ (VİDEO)
-
Bayden gedir, yerini Mişel Obamaya verir - “Der Spigel“dən sensasion yazı
-
Qəbulda bu qrupda keçid balı artacaq - Səbəbi AÇIQLANDI
-
“Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər“ - Elçin Əmirbəyov
-
Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
-
Biləcəridə yağan yağış evləri su altında qoydu - VİDEO
-
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
-
Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOLAR
-
Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
-
Avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO
-
Naxçıvanda məşhur məhəllə su içində batır - VİDEO
-
Çempionlar Liqası: İlk finalçı Dortmund “Borussiya”sı oldu
-
Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək - VİDEO
-
Çinarə türk futbolçu sevgilisindən ayrıldı - VİDEO
-
“Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz“ - Mats Hummels
-
“ABŞ, fikir ayrılıqlarına baxmayaraq, İsraili dəstəkləməyə hazırdır“ - Bayden
-
Zaqatalada dönərdən zəhərlənənlərin sayı kəskin artdı - 30-a çatıb
-
“My Music” hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
İcra başçısı yenidən deputat olacaq - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
-
Növbəti dalğa gəlir: İyul-avqust aylarında ətin qiyməti artacaq
-
Binəqədinin keçilməz yolları: “Gərək qayıq alaq” - VİDEO
-
“Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər” - Zaxarova
-
Zaqatalada kütləvi zəhərlənmə - Araşdırmalar başladı
-
Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı - AQTA
-
Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO
-
Vəzifəsindən azad edilən Novruz Məmmədov : “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
-
Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi
-
Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
-
Nərimanov rayonunda ağacları belə məhv edirlər – FOTOFAKT
-
Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT
-
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
-
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
-
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
-
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTOLAR
-
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
-
“Rusiya NATO-ya qarşı əməliyyata hazırdır“ - Polşa əks-kəşfiyyatı
-
İşə qəbul zamanı yaş vacibdir, yoxsa təcrübə? - VİDEO
-
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTO/VİDEO
-
Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - Deputat
-
Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubdan danışdı - “Off, dəhşət...“ + FOTO
-
Hoteldə ölən dostlarla bağlı yeni detallar - Hadisə bu hoteldə baş verib + FOTOLAR
-
“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir” - Putin
-
Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları
-
“Bu gün gəlirlərimiz 35 milyard manat civarındadır” - Deputat
-
İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
-
Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular - FOTO
-
“Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir” - Robert Fitso
-
Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi - AÇIQLAMA/FOTO
-
"Makronun demaqogiyası boş və ikiüzlüdür"- Rusiya rəsmisi
-
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
-
“Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir” - İlham Əliyev
-
Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO
-
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - FOTO
-
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
-
Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata
-
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
-
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb - FOTO
-
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - FOTO
-
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
-
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
-
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
-
Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO
-
Milli Məclisin iclası başladı: 18 məsələyə baxılacaq
-
İsrail tankları Rəfaha daxil olub – KİV
-
Tərtərdə məktəblilər arasında dava: Ölən var
-
“Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
-
Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO
-
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücüləri narazıdırlar + VİDEO
-
Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma
-
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO
-
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
-
Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
-
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA
TOP 10
ARXİV