![]() |
|














İranın dini agenturası 30 ildir Azərbaycanda hansı işlərlə məşğul olub? - Ocaq Necatın əsl fəaliyyəti
Tarix 07.10.21, 15:54 |
|

İranın Azərbaycandakı səfirliyinin verdiyi açıqlamaya görə, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat Azərbaycanı tərk edib və hazırda Tehrandadır.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.
Bəs Ocaq Necat (əsl adı Əli Əkbər) kimdir və Azərbaycanda hansı işlərlə məşğul olub?
Ocaq Necat İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsidir. O, 1996-cı ildə İranın ali rəhbəri ayətullah Xameneinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və sədridir.

O, Azərbaycanda İran tərəfindən təyin olunmuş dini rəhbər statusunda qəbul edilir. İrandan Azərbaycana gələn bütün nazirlərin onunla görüşüb, ondan təlimat almaq öhdəlikləri var.
Ocaq Necatın başçılıq etdiyi strukturda Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti ilə bağlı illərdir siyasi təhlillər aparılır. İranın Azərbaycanın daxilinə nüfuzetmə yolları və sahələri müəyyən edilir.
30 ilə yaxın fəaliyyət dövründə bu mərkəzin və Ocaq Necatın adı Azərbaycanda müxtəlif hadisələrdə hallanıb. Hətta mediada bu mərkəzin Ermənistana məlumatlar ötürdüyü də iddia olunub.
Ötən il Azərbaycan tarixi Zəfərə imza atmaqla regionda yeni reallıq yaratdı. Regionda vəziyyətin dəyişməsi İranı qıcıqlandırmaqla yanaşı, Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin və Ocaq Necatın əsl fəaliyyətini ortaya çıxarmış oldu.
“İslam Mədəniyyət Mərkəzi” İranla Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdən daha çox bu münasibətlərə zərbə vurub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev mətbuata açıqlamasında qeyd edir ki, Ocaq Necat hələ 2000-ci illərdə bizim məscidlərdə moizə oxuyurdu. Dövlət Komitəsinin qərarı ilə onun bu moizələrinə qadağa qoyuldu. Təxminən 5 il əvvəl o, bu işdən ayrıldı. Təkcə Nardaran məscidində moizlərini davam etdirirdi:

"Əslində, Ocaq Necat çox güclü təbliğatçıdır, İslamın bilicisidir. İnsanları ələ almaq üçün onun bacarığı var, həqiqətən, çıxış edəndə güclü kuratordur. O çıxış edəndə qarşısında durmaq və tabe olmamaq az adama nəsib olur. Ona görə, Ocaq Necat burada bizim insanları ələ almaq üçün İran tərəfindən tətbiq edilmiş ən ciddi siyasət idi.
Onun buradan getməsini istəsək də, belə bir qərar qəbul edilmirdi. Ümid edirəm ki, indiki hadisələrdən sonra Ocaq Necat İrana qayıdacaq. O, Nardaran hadisələrində də, digər məsələlərdə də Azəbaycana qarşı mənfi rol alırdı. Tək Azərbaycanın deyil, eyni zamanda Şimali Qafqazın və Orta Asiyanın kuratoru idi. Bütöv zonanı nəzarətində saxlama bacarığı var idi və bunu edirdi.
Ocaq Necatın ofisinin bağlanmasını çox doğru addım hesab edirəm. Onun buradan getməsi Azərbaycanda dini radikalizmin aradan qaldırılmasına çox müsbət dəstək verə bilər”.
“İslam Mədəniyyət Mərkəzi” Azərbaycan-İran əlaqələrinə heç bir töhfə vermədiyi son baş verənlər fonunda isə açıq-aşkar göründü. Belə ki, son günlər Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik yaşanır. Yüksək vəzifəli İran rəsmiləri, hərbçiləri Azərbaycana qarşı bəyanatlarla, açıqlamalarla çıxış edirlər.
Yaranmış gərginliyin fonunda gözləmək olardı ki, 30 ildir Azərbaycanda fəaliyyət göstərən Ocaq Necat və onun mərkəzi gərginliyin aradan qaldırılması üçün hər hansı addımlar atsın. Görünən isə odur ki, Ocaq Necatın atdığı yeganə addım Tehrana qayıdıb, yeni tapşırıqlar almaqdadır.
Ocaq Necata Azərbaycanda nə ehtiyac var?
İndi isə bu sual ortaya çıxır, əgər İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsi Ocaq Necat və onun ofisinə Azərbaycanda nə ehtiyac var?! Sual təbii ki ritorikdir. 30 il ərzində Azərbaycan hakimiyyəti İranın dini dövlət olmasını nəzərə alaraq, əlaqələrin müsbət inkişafı naminə səbr və dözümlülüklə Ocaq Necatın Azərbaycanda fəaliyyətinə heç bir məhdudiyyət qoymayıb. Bu gün isə bu fəaliyyətin illərlə Azərbaycan dövlətinə qarşı yönəlməsi və əksinə, münasibətlərə daha çox zərbə vurması açıq-aşkar ortadadır.
Bütün bu faktlar Azərbaycan ictimaiyyətində suallar və konkret cavablar yaradır. Ocaq Necatın Azərbaycanda fəaliyyətinə heç bir ehtiyac yoxdur. Əgər 30 ildir Azərbaycanda dini dəyərlərdən danışaraq özünə tərəfdar toplamağa çalışan şəxs ən ehtiyac duyulan anda fəaliyyətsizlik göstərir, ölkəni tərk edirsə, bundan sonra da Ocaq Necatın Azərbaycana qayıtmasına, yenidən burada özünə tərəfdarlar toplamasına heç bir ehtiyac qalmır.
Bu gün Azərbaycanda kifayət qədər nüfuzlu din xadimləri var, xalq onları tanıyır və hörmət edir. İkinci bir dövlətin maraqlarına xidmət edən din xadiminə və onun təzadlı fikirlərinə Azərbaycan cəmiyyətinin heç bir ehtiyacı yoxdur.
Mənbə: Trend
Xəbərin oxunma sayı : 1663
Analiz
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV