“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ərdoğan Türkiyə xalqına müraciət edib: “Ölüm riski yaş yüksəldikcə çox artır, evinizdən çıxmayın”

Tarix 22.03.20, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına müraciət edib.

Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsindən yayılan görüntülü müraciətdə R.T.Ərdoğan İslam aləminin mübarək Merac gecəsi münasibətilə xalqını təbrik edib və bildirib ki, yeni növ koronavirusla mübarizədə dövlətin bütün müfafiq qurumları, xüsusilə Türkiyə səhiyyəsi bütün heyətilə 24 saat xalqın xidmətindədir: “Bununla əlaqədar öz adımdan, həmçinin ailəm və xalqım adından Türkiyə səhiyyə işçilərinə təşəkkür edirəm”.

R.T.Ərdoğan dövlətin xalqın sağlamlığı üçün verilən xəbərdarlıqlara, tövsiyələrə intizamla əməl etməyin vacibliyini vurğulayıb: “Ölüm riski yaş yüksəldikcə çox artır, evinizdən çıxmayın. 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanların xüsusilə evdən kənara çıxmalarına əməl etmələri vacibdir. Bu məsələnin ən çox məsuliyyət daşıyanı olaraq və doktorlarımızdan aldığımız tövsiyələrə istinad edərək sizlərdən xahişim dövlətin xəbərdarlıqlarından kənara çıxanları bu məsələyə riayət etmələrinin vacibliyinə inandırmaqdır.

Ölənlərimizə baxdığımız zaman xəbərdarlıqlarımızın nə qədər həyati əhəmiyyət daşıdığını görürük. Bu çətin günləri inşallah birgə əzmimizlə dəf edəcəyik”.

Prezident koronavirusla mübarizədə Türkiyənin dövət olaraq həm tibbi, həm də insan həyatı üçün zəruri olan digər vasitə və məhsullarla təminatında heç bir problemin olmadığını da vurğulayıb. /APA



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap