“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ərdoğan və Putin arasında görüş:“Bu görüşümüzdən də çox böyük gözləntilərimiz var

Tarix 19.01.20, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Liviya böhranına həsr olunmuş Berlin konfransı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

R. T. Ərdoğan iki ölkə arasında “S-400” zenit raket kompleksi, “Türk axımı” kimi layihələrin qətiyyətlə həyata keçirildiyini söyləyib və iki ölkə münasibətlərində 2020-2021-ci illərin tarixi dönüş illəri olacağına inandığını vurğulayıb.

T. Ərdoğan yanvarın 8-də İstanbulda rusiyalı həmkarı ilə birgə çağırışı nəticəsində Liviyada atəşkəs elan edildiyini xatırladıb. Türkiyə Prezidenti deyib ki, Moskvada atəşkəs barədə sazişi imzalamayan qiyamçı Xəlifə Haftar məsələnin hərbi yolla həllinə tərəfdar olduğunu ortaya qoyub: “Türkiyə olaraq Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərracla danışıqlar müsbət nəticə verdi və Faiz Sərrac atəşkəs sənədini imzaladı. Liviyada sülhün və sabitliyin təmin olunması üçün Haftarın hücumlarının qarşısı alınmalıdır. Buna son qoyulmalıdır. Biz Liviya böhranının həlli ilə bağlı səylərimizin əsas meyvələrini Berlində alacağıq. Liviyanın barış və hüzura qovuşa bilməsi üçün Berlin konfransında atəşkəsin və siyasi proseslərə dönüşün qəbul edilməsi təmin olunmalıdır. Odur ki, ortaq coğrafiyadakı problemlərimizin həlli baxımından bu görüşümüzdən də çox böyük gözləntilərimiz var”.

Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda “Türk axımı”nın açılışında iştirakını məmnunluqla xatırladıb: “İki ölkə Suriya, Liviya kimi bölgə məsələləri ilə bağlı ciddi müzakirələr aparılır. Biz İstanbulda Liviyadakı tərəfləri atəşkəsə çağırdıq. Liviya böhranı Avropanı əndişələndirən bir məsələdir. Müəmmər Qəddafinin ölümündən sonra Avropaya qaçqın axını başladı. Moskvada Sərrac və Hatarın görüşməsi özü ilə mühüm məqamdır. Xəlifə Haftar ortaq sazişi dəstəkləmə də, səylərimizi davam etdirəcək və münaqişəni bitirəcəyik”.

Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib. /APA



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap