Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri

Tarix 26.11.22, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır. “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər.

Qeyd olunub ki, məqsəd Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etməkdir.

Analitiklər Kremlin artıq bu barədə qərar qəbul etdiyini təsdiqləyiblər: “Sui-qəsd cəhdi uğursuz olsa, Rusiya bu işdə Ukrayna və Polşanın iştirakı barədə uydurma sübutlar təqdim edəcək. Beləliklə, yenə də Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı təmin oluna bilər".

Bildirilib ki, sui-qəsd cəhdinin məqsədlərindən biri də Belarus Prezidentini qorxutmaq, onu Rusiya tərəfindən müharibəyə qoşulmağa sövq etməkdir.

Ehtimallara görə, sui-qəsd cəhdi uğurlu alınarsa, A.Lukaşenkonun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Rusiyaya sadiq olan general-leytenant Stanislav Zas gətiriləcək.

Ekspertlər Rusiyanın iki ordunu vahid komandanlıq altında birləşdirmək istədiyini istisna etmirlər.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap