Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rusiya sülhməramlıları dərhal ölkədən çıxmalıdır” – Moldovanın yeni prezidenti

Tarix 21.11.20, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


Moldovada prezident seçilmiş Maya Sandu Ukraynanın “Yevropeyskaya pravda” qəzetinə müsahibəsində deyib ki, o, ölkəsinin bir gün tam suveren olacağına inanır.

O bəyan edib ki, Dnestryanı separatçı bölgəsi bir gün Moldovanın hakimiyyəti altına qayıdacaq. Bu bölgədə 1992-ci ildən bəri Rusiya sülhməramlıları yerləşdirilib və Kişinyovun dəfələrlə etdiyi tələblərə baxmayaraq, Moskva hərbçilərini bu respublikadan çıxarmaq istəmir.

Sandu deyib ki, o bu problemin dinc yolla həllinə tərəfdardır. O bir daha vurğulayıb ki, Rusiya Dnestryanıdakı münaqişənin tərəfidir.

Xanım Sandu Moldovanın federallaşdırılması ideyasına qarşı olduğunu bəyan edib. Maya Sandu deyib ki, Rusiya qoşunları onun ölkəsinin ərazisindən çıxmalıdır.

Hazırda Dnestryanıdakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Onların bir hissəsi sülhməramlı sayılır. Bundan başqa Rusiyanın iddiasına görə onun hərbçilərinin bir hissəsi də Kolbasna kəndindəki silah anbarını mühafizə edir.

Noyabrın 15-də keçirilmiş seçkidə xanım Sanduya uduzan prezident İqor Dodon Rusiya qoşunlarının Moldovadan çıxarılması əleyhinədir.Sandu öz çıxışında Dnestryanının Rusiya tərəfindən işğal olunduğunu deməyib, amma bildirib ki, separatçı rejim Moskvadan dəstək alır.Sandu habelə deyib ki, Dnestryanı probleminin çözümü Ukraynanın Donbas regionunda yaranmış böhranın həllində nümunə ola bilər.

Krım yarımadası barədə suala cavab verərkən Maya Sandu onu Ukrayna ərasizisi hesab etdiyini deyib. Noyabrın 20-də Moldova Mərkəzi Seçki Komissiyası avropayönlü“Hərəkət və həmrəylik” partiyasının lideri Maya Sandunun qalib gəldiyini elan edib.

O Dodondan 250 min artıq səs toplayıb. Dnestryanı respublika SSRİ-nin dağılmasının ardınca öz müstəqilliyini elan etmiş müxtəlif separatçı bölgələrdən biridir.

Qərb təhlilçiləri bildirirlər ki, Rusiya bu kimi dondurulmuş münaqişələrdən keçmiş sovet respublikalarındakı nüfuzunu saxlamaq üçün istifadə edir.

Dağlıq Qarabağ son müharibəyə qədər “dondurulmuş münaqişələrdən” biri idi. Lakin Azərbaycan son iki ay ərzində hərbi gücdən istifadə edərək işğal olunmuşərazilərini azad edib.

Gürcüstan 2008-ci ildə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzərində suverenliyini hərbi güc vasitəsilə bərpa etməyəçalışanda Moskva bu münaqişəyə müdaxilə etmiş və bölgələrin müstəqilliyini tanımışdı. (Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 685




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap