“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İsa Qəmbər parlament seçkilərinə qatılacaq - AÇIQLAMA

Tarix 16.05.24, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Qanuna əsasən, bu ilin noyabr ayının 3-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir.

Lakin bu il ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək, buna görə parlament seçkilərinin önə çəkilməsi müzakirə olunur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

Beləliklə, Azərbaycanda bu il parlament seçkilərinin keçiriləcəyi qaçılmazdır. Artıq bir sıra partiya sədrləri, ictimai şəxslər seçkilərdə iştirak edəcəklərini elan ediblər.

Bir müddət əvvəl yenidən aktiv siyasətə qayıdan İsa Qəmbərin də seçkilərdə iştirak edib-etməyəcəyi maraqlıdır. O, mayın əvvəlində yenidən Müsavat Partiyasının başqanı seçilib.

Maraqlıdır, İsa Qəmbər parlament seçkilərində iştirak edəcəkmi? O, hansı dairədən namizədliyini irəli sürməyi düşünür?

Modern.az bu suallarla bağlı Müsavat Partiyasına müraciət edib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, İsa Qəmbər istədiyi dairədən namizədliyini irəli sürə bilər:

"Musavat Partiyası kollegial qərar qəbul edir. Partiyamız parlament seçkilərində iştirak etmək barədə vaxt dəqiq elan edildikdən sonra qərar verəcək. Əgər seçkilərdə iştirak etməyi qərarlaşdırsaq, onda İsa bəy hansı dairəni istəsə, oradan da namizədliyi irəli sürülə bilər".

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirilib. Bu seçkidə Milli Məclisin təxminən 35 faizi yenilənib, 80-dən artıq deputat mandatını qoruyub.



Xəbərin oxunma sayı : 1084




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap