Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Səbuhi Əhmədov “Şəhid“, onun ailəsi isə “Şəhid ailəsi“ hesab edilir“ - Müdafiə Nazirliyi

Tarix 29.09.22, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədova “şəhid”, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.

AzFakt.com “Report”-a istinadən xəbər verir ki, bununla bağlı arayışı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov sentyabrın 20-də imzalayıb.
Sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.
Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir.




Qeyd edəilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən verilən açıqlamada Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusuna aid olmadığı bildirilib. “Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi - sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”, - Agentliyin məlumatında qeyd edilib. 



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap