“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sədərək” Ticarət Mərkəzindəki güclü yanğın söndürüldü – FHN-dən açıqlama + VİDEOLAR

Tarix 18.02.20, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.

Yanğın saat 08:57-də məhdudlaşdırılıb, saat 09:05-də söndürülüb.

Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-nin açıqlamasına görə, yanğın söndürülüb.

Hadisə yerində olan nazir müavini Etibar Mirzəyev yanğınla bağlı araşdırma aparıldığını deyib.

***

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın başlayıb.

AzFakt.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məlumata görə, “Sədərək” Ticarət Mərkəzində 1000 kvadratmetrdən çox ərazidəki mağazalar yanıb.

Hazırda  yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerinə helikopter də cəlb olunub.








Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap