| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Səməd Seyidovdan Qarabağ açıqlaması:Səbirli olmalıyıq
Tarix 25.05.20, 23:37 |
|
“Ən faciəlisi budur ki, Azərbaycanda bəzi ”icmalçılar və siyasətçilər" deyirlər ki, “bu gün bombalamaq, müharibəyə başlamaq lazımdır, ay qardaş, bu Şuşa dünən də işğalda idi, bu gün də işğaldadır”
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a müsahibə verib.
Komitə sədri telefon zənginə seçildiyi Qazax rayonundan cavab verərək bildirib ki, Ermənistan hərbçilərinin Quşçu Ayrım kəndini avtomat silahlarla atəşə tutmasına şəxsən şahidlik edib. Şükürlər olsun ki, itki olmayıb və Azərbaycan əsgərləri cavab atəşi açaraq düşməni susdurub:
– Düzdür, bizimkilər layiqli cavab verdilər, düşməni susdurdular. Ancaq hər bir halda adamın ürəyi ağrıyır. Dinc sakinlər, uşaqlardır. Özü də elə bir vəziyyətdədirlər ki, gözlərinin qabağında göl var, göldən su götürmək olmaz. Gözlərinin qabağında torpaq var, torpağa ayaq basmaq olmaz. Gözlərinin qabağında inkişaf var, inkişafdan səmərəli istifadə etmək imkanı yoxdur. Bu, adamı yandırmazmı? Bunu da qoymayan erməni snayperi, ermənilərin təxribatlarıdır.
– Səməd bəy, sizinlə söhbətimiz ermənilərin Şuşada təşkil etdiyi “andiçmə” şousundan bir gün sonraya təsir edir. Yəqin ki, izlədiniz. Necə təsir etdi?
– Bunlar ki, “andiçmə” ilə bağlı şou düzəltdilər… Bəlkə də qəribə səslənir, hesab edirəm ki, bu, onların gücsüzlüyüdür, gücü deyil. Bəziləri bizi təxribata çəkirlər ki, ay gördünüz, belə elədilər, elə elədilər. Şuşa işğaldadır… Əlbəttə, orda baş verənlər hamıya təsir göstərir. Amma bunlar çox hiyləgərliklə və qəsdən bizim hisslərimizlə oynayırlar. Niyə?
Bunun bir neçə səbəbi var. Səbəbləri araşdırmaq üçün əvvəlcə Avropa Parlamentinin 11 may, 19 may 2020-ci il qərarlarını oxumaq çox vacibdir. Hər ikisində, birincisi, Azərbaycanın ərazi bütövlüyü, ikincisi, Qarabağın özündən imtina, yəni danışıqlar prosesi formatının Azərbaycan-Ermənistan şəklində saxlanılması məsələsi vurğulanır. Təbii, bunlar əllərindən gələni edəcəklər. Birincisi, özlərini qabağa versinlər, “inauqurasiya”, “andiçmə” deyib, Qarabağdakı rejimi önə çəksinlər, ikincisi isə, təbii ki, bizə növbəti dəfə mənəvi zərbə vurmaq cəhdini ortaya atacaqlar. Bu, heç də təsadüf deyil. Bunun kökü, əsası ondan ibarətdir ki, beynəlxalq aləmdə Azərbaycan prezidentinin apardığı siyasət artıq öz əksini, öz cizgilərini tapmağa başlayır. Konkret olaraq həm Avropa Birliyinin mövqeyinə, həm Trampın məktubuna, həm Lavrovun bəyanatına diqqət edin, bunların heç birində Dağlıq Qarabağ yoxdur. Hamısında Ermənistan və Azərbaycan var. Belə olan halda Qarabağ erməniləri neyləməlidir? Təbii ki, təxribat etməlidirlər. Təbii, biz azərbaycanlıları qıcıqlandırmalıdrılar ki, “biz varıq”, “biz bir qüvvəyik”, “bizim yeni prezidentimiz var”, “burda hansısa ”prosedur” keçiririk”. Paşinyanı da, tula kimi, üzr istəyirəm, Ermənistandan ora çağırmalıdırlar. Ona görə ki, bizim hisslərimizə təsir göstərsinlər.
Ən faciəlisi budur ki, Azərbaycanda bəzi “icmalçılar və siyasətçilər” deyirlər ki, “bu gün bombalamaq, müharibəyə başlamaq lazımdır”. Ay qardaş, bu Şuşa dünən də işğalda idi, bu gün də işğaldadır. Dünən bizim diplomatik səylərimiz o qədər də çox deyildi, bu saat çoxalır. Qoyun, bu istiqamətdə bir balaca işləyək. Yox, görürlər ki, uğurlar əldə olunur, proses gedir, bu istiqamətdə məsələlər həll olunur, dərhal düşmənin dəyirmanına su tökürlər. Belə şey etmək olar?
– Bu barədə sosial şəbəkələrdə də xeyli müzakirələr aparıldı, çağırışlar oldu. Deyək ki, vətənpərvər insanlardır, ürəyi yanır və düşmənin başına od ələməyə çağırış edirsə, bunu qəbul etmirsiniz?
– Mən niyə bu gün bura gəlmişəm? Qazaxın o qədər kəndi var ki. Niyə Quşçu Ayrım kəndinə getmişəm, məhz sərhəd kəndinə? Ona görə ki, ürək ağrısı isə sakinlərlə bir yerdə olmaq, onlara ürək-dirək vermək istəyirəm.
– İndi təsəvvür edin, Şuşadan olan, Şuşanın üzünü belə görməyən həmvətənimiz Şuşada ermənilərin təşkil etdiyi bu oyunlara, saymazlıqlara necə dözür… Bu mənada Şuşa ilə bağlı həmin insanların həssas münasibəti normal qarşılanmalıdır, elə deyilmi?
– Əlbəttə. Bu, insani hissiyyatdır, hamıda var. Bu məsələ məni də yandırıb-tökür. Ancaq bir var hissiyyat, bir də var düşüncə, təhlil, məsələlərin həll olunması istiqamətində düzgün addımların atılması.
– Səməd bəy, BMT-nin 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələb edilsə də, artıq üçüncü onillikdir həmin tələblər kağız üzərində qalır. Bəs, bu vəziyyət nə vaxta qədər davam edəcək, sualına cavabınız necədir?
– Özünüz də etiraf edə bilərsiniz ki, xüsusilə də son zamanlar Ermənistanın apardığı siyasət qəbul olunmur axı.
– Amma işğalçıya təpki də yoxdur…
– Yaxşı, bəs, bu boyda sənədin qəbul olunması təpki deyilmi? Avropa Parlamentinin Xarici əlaqələr komitəsində ikinci dəfə 19 mayda qəbul olunan sənəd təpki deyilmi? ABŞ Konqresinin Qarabağa birbaşa maliyyə yardımının kəsilməsi təpki deyilmi? Lavrovun bəyanatı təpki deyilmi? Fikirləşirsiniz ki, kimsə təyyarə ilə bomba atacaq ora, olacaq təpki? Bəzi şərhçilər deyirlər ki, bombalamaq, güllələmək, müharibəni başlamaq lazımdır. Bu, başqa söhbətdir. Ancaq bunun üçün hazırlıq aparılmalıdır. Hazırlıq aparıldığı, gücümüz artığı dövrdə… Ən əsası, biz həmişə nəyi arzulayırdıq: dünya ictimaiyyət Azərbaycanın səsinə səs versin, mövqeyimizi müdafiə etsin. Bu başlayıb, dərhal erməni başa düşür ki, “yox, gərək bunun qarşısını alaq”. Necə alaq? Şuşada şou, konsert düzəldək, bunlar qıcıqlansınlar, müharibəyə başlasınlar və uduzsunlar. O halda dünyaya car çəksinlər ki, “bax, gördünüz, deyirdik bunlar barbardırlar, bizi qırmaq üçün üstümüzə gəldilər”. Burada məqsəd budur, başa düşmək çox çətindirmi?
– Ermənilər vaxtilə bizim dövlət xadimlərinin olduğu helikopteri, sərnişinləri daşıyan helikopteri vurub. Məntiqlə Azərbaycan onun ərazi bütövlüyünə qəsd edən işğalçıya münasibətdə daha sərt mövqe sərgiləmək haqqına sahibdir. Paşinyan isə saymazyana Şuşaya gəldi. Heç olmasa, xəbərdarlıqlar etmək olmazdımı?
– Ən böyük xəbərdarlığı, nəinki xəbərdarlığı, ən gözəl şilləni cənab prezident Münhendə Paşinyana vurdu. Elə bilirsiniz bu “inauqurasiya”nı elə-belə fikirləşdilər? Həm öz-özünü biabır etmə, həm Azərbaycanın mövqeyinin qəbul olunması, ümumiyyətlə, beynəlxalq aləmin ekspertləri içərisində Ermənistanın nüfuzunun 0-a endirilməsi məgər ən gözəl zərbə deyilmi? Bəyəm bundan sonra dünyada başlanan söhbətlər zərbə deyilmi? Ona görə bu nöqteyi-nəzərdən xahiş edirəm, düzgün nəticə çıxarın. İndi o zərbədən sonra bunlar istəyirlər bizi təxribata çəksinlər, ona görə də belə bir şou düzəldirlər. İndi sizdən soruşuram, siz də təhlil edin: o şounu keçirdilər, niyə xaricdən bir nəfər o məkana gəlmədi? Niyə heç kim onu tanımadı? Niyə hansısa beynəlxalq təşkilat o “inauqurasiya”nı hansısa formada yüksəltmədi? Ona görə ki, heç kim tanımır, tanıya da bilməz. Mən özüm psixoloqam, bunlar bir psixoloji üsuldan istifadə edirlər. “Gəlin bunları qıcıqlandıraq, bunların hissləri ilə oynayaq, təhqir edək, onda bunlar təhqirə emosional reaksiya verəcək, onda da biz dünyaya car çəkəcəyik…” Bu, köhnə, erməni xislətindən doğan məsələdir. Bu, artıq keçmir. Qazaxda Sərhəd Qoşunları bütün işləri yüksək səviyyədə görür. Təmas xəttində, Qarabağda lazım olan bütün məsələlər var. Hərbi təlimlərimiz yüksək səviyyədə keçirilir. Beynəlxalq səviyyədə bizim mövqeyimiz qəbul olunur. Ardıcıl olaraq təmkinlə, səbirlə bu istiqamətdəki işləri aparmaq lazımdır.
– Ənənəvi sual var, nə qədər səbir edək?
– Səbirimiz olmalıdır. Səbirli olmalıyıq. Ermənilər 300-400 il işləyiblər. Biz də işləməliyik. Mən demirəm ki, 300 il dözək. Ancaq işləri əvvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır. Çox vacib bir məsələni də deyəcəyəm, cənab prezidentin korrupsiyaya qarşı işi, Azərbaycanın beynəlxalq imicini çox ciddi şəkildə möhkəmləndirmək lazımdır. Həmçinin daxili gedən siyasətin köməyi ilə xarici siyasəti yüksək səviyyəyə gətirmək gərəkdir. O halda biz erməniyə növbəti şilləni vurmaq iqtidarında olacağıq.
– Ölkədəki islahatlar prosesini, korrupsiyaya qarşı mübarizəni, məmurların həbsini necə dəyərləndirirsiniz?
– Xarici siyasət daxili siyasətin davamıdır. Dərhal Azərbaycan prezidenti islahatlara başlayandan, korrupsiyaya qarşı mübarizəni gücləndirəndən, ciddi addımların atılmasından sonra xaricdə bizə qarşı fəaliyyətə başladılar. Avropa Şurasından, Helsinki Komissiyasından gündə bir bəyanat gəlir. Həm də daxildə o “dəyirmana su tökən”lərin mövqeyi aydın şəkildə özünü göstərməyə başlayır. Ona görə ki, biz düz yoldayıq. Demirdiniz korrupsiya ilə mübarizə aparmaq lazımdır, aparırıq. Demirdiniz Azərbaycanın imicini yüksəltmək lazımdır? Yüksəldirik. Demirdiniz Ermənistanla danışıqlar prosesində üstünlük əldə etmək lazımdır? Əldə edirik. İndi nə etmək lazımdır? Deməli, ermənilər bizim hisslərimizə toxunaraq bizi yoldan çıxartmaq istəyirlər. Alınmayacaq, əzizim. Azərbaycan xalqı müdrik xalqdır. Trampın göndərdiyi məktuba qayıdıram, Azərbaycan xalqı böyük xalqdır. Böyük xalqı aldatmaq mümkün deyil.
– Səməd bəy, Milli Məclisin plenar iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etmişdiniz. Bəs ermənilərin Şuşadakı özbaşınalığına Azərbaycan XİN-in mövqeyini adekvat sayırsınızmı?
– Mən hesab edirəm ki, biz daha ciddi, daha konkret olmalıyıq, təkcə bu məsələ ilə bağlı yox. Bizim ümumi xarici siyasətlə bağlı məsələlərimizi ciddi təhlil etməliyik.
Xəbərin oxunma sayı : 2689
Siyasət
Xəbərlər
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
-
Neft böhranı yeni investisiya bumuna səbəb ola bilər - “The Economist”
-
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI
-
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır - İlham Əliyev
-
Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? - RƏQƏMLƏR
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olacaq?
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - Bu tarixədək
-
“Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
-
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar
-
Azərbaycanda 280 min nəfərdən çox işsiz var - RƏSMİ
-
Toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama - Qarşıdakı 4 ildə necə olacaq?
-
25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlıq problemi yarandı (VİDEO)
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
-
Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə - VİDEO
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan nefti 6 dollar ucuzlaşdı - Qara qızıl 122,15 dollara satılır
-
Səudiyyə bir neçə ölkədən yardım istədi - Tutucu raketləri tükənir
-
“Mübarək“ şadlıq sarayından yayılan tüstü və qoxudan ŞİKAYƏT - VİDEO
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO
-
Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü: Bakının beynəlxalq təşəbbüsləri
-
Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar - Video
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
-
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
-
Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq - Paşinyan
-
Bu arıqlama məhsullarında təhlükəli maddə aşkarlandı - FOTOLAR
-
Azərbaycandan 23,5 milyon ədəd siqaret çıxarılıb - Hara getdiyi bilinmir
-
Masajçı “fizioterapevt” kimi işlədildi - “Ecegen Med Klinika” cərimələndi
-
Bu zabitlərin hərbi rütbədə olma müddəti - Azaldılır
TOP 10
ARXİV






