“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sənə sirr açıram: hökmən bunu edəcəyik, amma heç kimə demə, yaxşı?...”

Tarix 03.10.19, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub.

Virtualaz.org xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons “Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub.

Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: “Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik ki, sizi necə lazımsa əyləndirək. Amma bu haqda heç kimə deməyin. Yaxşı?” 


Ardınca o, əlavə edib ki, Rusiya öz problemlərinin həlli ilə məşğuldur və başqa ölkələrin işlərinə qarışmaq niyyətində deyil. Hərçənd Putin istisna etməyib ki, ABŞ-da 2020-ci il prezident seçkiləri kampaniyasından sonra da Moskvanı müdaxilədə günahlandıranlar tapılacaq.

Lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyində Putinin zarafatını zarafat kimi yox, ciddi qəbul ediblər və xaricdən yönələn istənilən təhdidi almağa hazırdırlar. Nazirlik bu barədə bildirib: “Bizim hökumətin əlinin altında bunun (Rusiyanın müdaxiləsinin) qarşısını almaq üçün bütün alətlər var”.

Qeyd edək ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ətrafında siyasi qalmaqal hələ də səngiməyib. Xüsusi prokurorun iki ilə yaxın apardığı təhqiqatda Trampın Rusiya ilə gizli işbirliyinə dair tutarlı sübutlar tapılmasa da şübhələr qüvvəsində qalır.








Xəbərin oxunma sayı : 196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap