Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – FOTO

Tarix 26.07.24, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


“Sevimli Dad” firmasının ən çox satılan “Közləmə” sosislərinin də tərkibində orqanizm üçün zərərli olan qida əlavəsi var. Məlum olub ki, bu qida əlavəsi “Sevimli Dad”ın digər adla çıxan əksər sosis və kolbasalarında da mövcuddur.

Tribuninfo.az xəbər verir ki, “Közləmə” sosislərinin tərkibi barədə verilən məlumatda aydın olur ki, bu sosislərə zərərli E250 maddəsi vurulub. Belə ki, sözügedən sosislərin tərkibi mal əti, donuz əti, donuz piyi, nişasta, zülal stabilizatoru, natrium nitrit (E250), duz, ədviyyatlardan ibarətdir. E250 toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.

Bu maddə sinir sisteminə ziyan vurması ilə xarakterizə olunan ağır qida intoksikasiyasıdır. Avropa Birliyi ölkələrində yalnız yeməli duz ilə qarışıqda, nitrit miqdarı təxminən 0.6% olan bir qarışıqda istifadəsinə icazə verilir. Ət məhsullarına vurulması isə qadağan edilib. Əhəmiyyətli miqdarda (bir neçə qram) alındıqda E250 ölümcül nəticəyə qədər ciddi zəhərlənməyə (Hemoqlobin əmələ gətirir) səbəb ola bilər.

E250 qida əlavəsi natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Natrium nitrit NaNO2 (E250) kolbasa və sosislərin saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır. Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Kolbasa və sosis məhsullarında istifadə edilən natrium nitrit və ya nitrat insan sağlamlığı üçün təhlükəlidir. Və bu səbəbdən bəzi halal sertifikatlaşdırma həyata keçirən qurumlar tərkibində nitrit və ya nitrat istifadə edilən kolbasa və sosislərə sertifikat vermirlər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






Xəbərin oxunma sayı : 742




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap