Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əsirlikdə olan “Azov“ döyüşçülərinin başlarına nələr gəlib? - Komandirləri danışdı

Tarix 25.05.22, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


"Azov" alayının komandiri Denis Prokopenko xanımı Yekaterinaya zəng edərək "Azovstal"dakı ukraynalı əsgərlərin qənaətbəxş şəraitdə saxlandığını və zorakılığa məruz qalmadığını söyləyib.

Bu barədə "The Guardian" məlumat yayıb.

"Onlar qidalanır. Şərait tələblərə cavab verir və bu qısa müddət ərzində zorakılığa məruz qalmayıblar. Bundan sonra nə olacaq, biz bilmirik. Amma vəziyyətə nəzarət edən üçüncü tərəflər var - BMT və "Qırmızı Xaç" var", - deyə Yekaterina Prokopenko telefon danışığı ilə bağlı bildirib.

Qeyd edək ki, Denis Prokopenkonun həyat yoldaşı ilə ünsiyyətdə olarkən sərbəst danışa bilib-bilmədiyi məlum deyil.

Xatırladaq ki, “Azov”un yaralı döyüşçülərinin əksəriyyəti Yelenovka kəndindəki həbsxanada, ağır yaralı döyüşçülərdən ibarət kiçik qrup isə Novoazovskdakı xəstəxanada saxlanılır.

Prokopenko onu da bildirib ki, bildiyi qədər ukraynalı hərbçilərdən heç biri Rusiya Federasiyasına aparılmayıb.



Xəbərin oxunma sayı : 1072




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap