“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...

Tarix 28.02.21, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin daha səmərəli idarəetmə sahəsində apardığı struktur islahatları çərçivəsində ölkənin ən nəhəng və çoxşaxəli nazirliklərindən biri olan Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğvi üçün hazırlıqlar aparılır.

Bu barədə PİA.az-ın hökumətə yaxın mənbələrdən əldə etdiyi bilgiyə görə, dövlət başçısının başlatdığı və idarəçiliyin daha səmərəli və çevik təşkilinə yönəlmiş struktur islahatlarının növbəti hədəfi Fövqəladə Hallar Nazirliyi olacaq. İslahat layihəsinə görə, FHN parçalanaracaq, bir çox xidmətlər, ya ayrı-ayrı qurumlara birləşdiriləcək, ya da publik hüquqi şəxslərə çevriləcəklər.

Hazırlanmış ləğv proqramına görə, hərbi profilli qurumlar Müdafiə Nazirliyinə veriləcək.

Tikintiyə, Dağ-Mədən Sənayesinə Nəzarət xidmətləri müstəqil publik hüquqi şəxsə çevriləcək.

Eyni zamanda, proqramda Yanğına Nəzarət Dövlət Agentliyinin yaradılması planlaşdırılır. Mühafizə xidmətlırinin isə vahid publik hüquqi şəxsin tərkibində birləşdirilməsi gözlənilir.

Sularda Xilasetmə və Kiçik Həcmli Gəmilərə Nəzarət Xidmətinin, həmçinin Dəniz-hövzə Xilasetmə xidmətinin isə Xəzər Dəniz Gəmiçiliyinə verilməsi nəzərdə tutulur.

Mənbə bildirib ki, FHN-nin başqa qurumları da əlaqədar qurumların tərkibinə daxil ediləcək və yaxın aylarda bütün bu islahatlar tədricən həyata keçiriləcək.

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun sonrakı taleyinin necə olacağı barədə dəqiq məlumat verilmir.



Xəbərin oxunma sayı : 964




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap