Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

İsmayıllıda avtomobil aşıb, ər və arvadı ağır xəsarət alıb

Tarix 14.10.17, 3:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir ailənin iki üzvünün xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində yolun 190-cı kilometrliyində, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Göyçay rayon sakini, Yunis Muradov özünə məxsus 23-BX-694 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurmamaq üçün sükanı sağ tərəfə çevirib və idarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Yunis Muradov və həyat yoldaşı 1962-ci il təvəllüdlü Muradova Məhluqə Sabir qızı ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.
   
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Xəbərin oxunma sayı : 121




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap