![]() |
|














İsmayıllıya getmək istəyənlər oxusun — Rayonun 10 ən görməli yeri – FOTOLAR
Tarix 22.07.18, 22:20 |
|

Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Şirvanın bir hissəsi olan bu diyarın ərazisi Şimali Azərbaycanın bütün torpaqları kimi, Qafqaz Albaniyasının tərkibində olub. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Rayonun rəngarəng kəndləri də diqqətəlayiqdir.
AzFakt.com AzərTac-a istinadən İsmayıllının görməli məkanlarını təqdim edir:
Qız qalası
Rayon mərkəzindən 10 kilometr məsafədə, Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Qoruğunun ərazisindəki sıldırım dağın zirvəsində ucalan Qız qalası bu yerlərin ən məşhur tarixi abidəsidir. Sıx meşə ilə örtülü dağın zirvəsinə günəş şüaları düşmədiyi üçün bura hər zaman sərin olur. Qaladan dövrümüzə bürclər, divarlar və səkinin bir hissəsi gəlib çatıb. Qala bürcündən qonşu kəndin bir neçə kilometrliyində yerləşən Cavanşir qalasına aparan yeraltı tunel mövcuddur.
Qalanın tikilmə tarixi müxtəlif mənbələrdə VII əsrdən XI-XII əsrədək göstərilir. Sahəsi 1,5 hektar olan bu müdafiə qalası dik qayaların əhatəsindəki dağın zirvəsində, Ax-ox çayının sağ sahilində tikilib. Eyniadlı istirahət zonasına avtomobillə getmək olar, lakin qalaya doğru bir kilometr məsafəni piyada getmək lazım gələcək. Qız qalasına çatmaq üçün gur axan dağ çayını keçmək isə səyahəti daha macəralı edir. Özünüzlə yerli sakinlərdən bələdçi götürməyiniz yaxşı olar. Qız qalasından açılan əsrarəngiz mənzərə sizin bu tarixi abidəyə qalxmaq üçün çəkdiyiniz əziyyətə dəyər.
Cavanşir qalası
Rayon mərkəzindən 7 kilometr və Talıstan kəndindən 4 kilometr aralıda, Ağçayın sağ sahilində yerləşən bu qala İsmayıllının iftixarı sayılır. İsmayıllının ən qədim kəndlərindən biri olan Talıstan isə rayon mərkəzindən 4 kilometr şimalda yerləşir. Kəndin toponimi “tala məskəni” mənasını daşıyır. Talıstanın ətrafında 4 qədim məskən və 5 qəbiristanın izləri var. Burada ilk arxeoloji qazıntılar ötən əsrin 60-cı illərində aparılıb. Ərazinin 2000 illik tarixi olduğu güman edilir.
Maşınla kəndə çatdıqdan sonra Cavanşir qalasına at belində, yaxud piyada getmək olar. Qala xarici və daxili (İç qala) hissələrdən ibarətdir. Cənub divarlarının əsas hissəsinin eni 2 metr, hündürlüyü 10 metrə çatır. İki hektar ərazisi olan İç qala dağın zirvəsində tikilib. Bu, erkən orta əsrlərin güclü müdafiə istehkamıdır. Deyilənə görə, günah iş görənləri buradakı qayadan uçuruma atırmışlar. Qala məşhur alban sərkərdəsi və hökmdarı Cavanşir Mehraninin (642-681) adı ilə bağlıdır. Əsası mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində meydana gəlib və sonralar bütün Albaniyaya yayılıb. Buradan 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı tunel qazılıb. Tunel zaman keçdikcə dağılsa da, onun bəzi hissələri dövrümüzə gəlib çatıb. Qalanın ərazisində sıx meşələrlə əhatə olunmuş şəlalə var. Bu məkanda piknik üçün gözəl şərait var.
Heydər Əliyev Parkı
Musiqili fəvvarəsi, rahat oturacaqları və Avropadan gətirilmiş yaraşıqlı fənərləri olan Heydər Əliyev Parkı axşamlar və istirahət günləri sakinlərlə dolub-daşır. Buraya gələn gənclər və yaşlılar yüzillərlə yaşı olan əzəmətli çinarların altında sərinləyir, musiqiyə qulaq asır və İsmayıllı Mədəniyyət Mərkəzinin binasında quraşdırılan monitordan xəbərləri izləyirlər. Parkda “Amerikan təpəcikləri”, “Qazlar-ördəklər”, “Gündüz və gecə” karuselləri kimi uşaq attraksionları, uşaq dəmir yolu, balacaların oynaması üçün hava ilə doldurulan poliqon, maqnit yastıqlar üzərində kiçik maşınlar və s. var.
Restoran və kafelər həmişə açıqdır. Parkın bir guşəsində düzülmüş mənzərəli daşların arasında dekorativ ağaclardan ibarət yapon bağı salınıb. Burada köşklərdə oturub ətrafdakı gözəlliyi seyr etmək olar.
Parkdakı çəmənlikdə səhənglər və müxtəlif heykəl kompozisiyaları qoyulub. Çoxpilləli düzbucaqlı forması olan mərkəzi fəvvarə parkı iki hissəyə bölür. Ətrafa modern tərzdə işıq saçan şüşə körpücük diqqəti cəlb edir.
Diyarşünaslıq muzeyi
Heydər Əliyev Parkının ərazisində bu diyarın zəngin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verən İsmayıllı Diyarşünaslıq Muzeyi də yerləşir. 1980-ci ildən fəaliyyət göstərən muzey 2009-cu ildə yeni binaya köçürülüb. Muzeydə toplanmış mindən çox eksponat arasında nadir əşyalar, məsələn, dünyada aşkar olunmuş ən qədim kərə yağı sərgilənir. Onu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı Mollaisaqlı kəndində amforanın içində tapıblar. Paytaxt muzeyinin mütəxəssislərinin apardıqları ekspertiza nəticəsində məlum olub ki, kərə yağı eramızdan əvvəl III-I əsrlərə aiddir.
Qafqaz Albaniyasında yaşamış etnik qruplardan olan hapıtların məskunlaşdığı Mollaisaqlı kəndində eramızdan əvvəl II-I əsrə aid olan gildən düzəldilmiş qablar, bürünc bəzək əşyaları, məzarlar da aşkar olunub. Muzeydə saxlanılan və kosmosun dərinliklərindən gələn meteorit olduğu güman edilən daşı xüsusilə qeyd etmək lazımdır. Daşın ərinmiş qeyri-adi səthi, kiçik həcminə rəğmən ağır çəkisi onun mənşəyi ilə bağlı şübhə yeri qoymur.
Qalacıq kəndi
Kənd rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir. “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Çəkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş. O zamanlar Qalacığın yolu çətin və uzun idi. Təbiətin dilbər guşələrindən birində yerləşən və gözəl havası olan kənd iri şabalıdları ilə məşhurdur. Kəndin hər yerində əkilmiş böyük şabalıd ağacları ətrafa kölgə salır.
İvanovka
İvanovka kəndi dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə olan Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Kəndin ümumi ərazisi 8 min hektardan çoxdur. Kəndə aparan yolboyu taxıl zəmiləri və qara əkin sahələri görünür. Uzaqdan yanmış torpağa bənzəyən sahələrə yaxınlaşdıqca, əslində, onların əkin yerləri olduğu məlum olur. Kəndin yolları hamar və abaddır. Adət-ənənələrini, folkloru və məişətini qoruyub saxlayan İvanovka rayon mərkəzindən 14 kilometr aralıda yerləşir.
SSRİ-nin süqutundan sonra bütün kolxozlar dağıldı və ləğv edildi. Yalnız kollektiv-ictimai əmək sisteminin əvvəlki kimi fəaliyyət göstərdiyi İvanovkada bu təsərrüfata uzun illər rəhbərlik etmiş Nikitinin adını daşıyan kolxoz qorunub saxlanıldı. Kolxozda 2200 baş iribuynuzlu heyvan, 7 000 baş qoyun və quş saxlanılır. Bu kolxozun məhsulları paytaxt sakinləri arasında populyardır. Bakıda fəaliyyət göstərən xüsusi mağazada İvanovkanın ekoloji cəhətdən təmiz məhsulları satılır. Kənddə taxıl, günəbaxan, tərəvəz becərilir, süd məhsulları – kərə yağı, xama, pendir, habelə bal istehsal olunur.
İvanovkanın qədim adı Həftəran olub və sonralar molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq edən polkovnik İvanovun şərəfinə dəyişdirilib. Rusiyada kilsə islahatını qəbul etmədikləri üçün sürgün edilən kənd sakinləri özlərini “molokan” adlandırıb və köhnə ayinləri icra ediblər. Bütün hallarda, XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çar rejiminin işğal etdiyi torpaqlarda ruslaşdırma siyasətinin tərkib hissəsi idi.
İvanovkadakı evlər qədim, oyma üzlükləri olan və yan-yana tikilmiş klassik standart taxta tikililərdir. Onları geniş küçələr ayırır və hər bir evin qarşısında kiçik dükan var. Bağçalarda meyvə, fərdi təsərrüfatlarda isə bostan məhsulları, qarğıdalı və günəbaxan yetişdirilir.
İvanovkada molokanlarla yanaşı, ləzgi və azərbaycanlılar da yaşayırlar.
Bado-Basqal turizm zonası
Bu marşrutun ilk dayanacağında – Badoda müalicəvi əhəmiyyətli kükürdlü mineral bulaq var. Yolun kənarında yerləşən bulağın ətrafı hər zaman, xüsusilə yay aylarında adamlarla dolu olur. Yaxınlıqda isə turistlərin sevimli yeri olan “Yeddi bulaq” adlı məkan yerləşir. Meşədə qaynayan və yanaşı olan yeddi bulaq səyahətçiləri yayın qızmar istisindən qoruyur.
Bado-Basqal turizm zonasında olan tarixi abidələri gəzmək üçün bir neçə gün vaxt lazımdır. Oraya atla, yaxud piyada getmək mümkündür. XII-XIII əsrlərə aid Xan qalası abidəsindən isə yalnız bir neçə metr hündürlükdə divarlar qalıb. Qala Şirvan hökmdarlarının yay iqamətgahı olub.
Digər tarixi abidə – Haram qalası eyniadlı çayın sağ sahilindəki Sulut kəndi yaxınlığındakı mənzərəli təpədə yerləşir. Yerli sakinlər onu Qırx qız, yaxud Qırx otaq da adlandırır. Burada qırx otaq var. Rəvayətə görə, Şirvanşah onların hər birində bir qız saxlayırmış. Zina üçün istifadə edilən qala xalq arasında “Haram” adlandırılıb.
Fit qalası isə adını dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fitdağdan götürüb. Şirvanşahların bu qədim iqamətgahı strateji əhəmiyyət daşıyıb və ondan sığınacaq kimi istifadə edilib. Bu qala haqqında rəvayətlərin biri də Makedoniyalı İsgəndərlə bağlıdır.
Rus qoşunlarına qarşı döyüşlərdə Şamaxı xanı Mustafa bu qaladan qərargah kimi istifadə edib. Onun ətrafında müdafiə istehkamları çəkilib. Haramçaydan qalayadək qayalıq yolları ancaq atla və piyada qət etmək olar. Qalanın ətrafında orta əsrlər hamamı, meydanlar və müdafiə istehkamları var.
Basqal
İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi (rayon mərkəzindən 56 kilometr aralı) abadlığı ilə seçilir. Bu kənd 1933-cü ilədək rayon mərkəzi olub. Kəndin şərəfinə “Basqalı” musiqi nömrəsi də var. 1958-ci ildə “Uzaq sahillərdə” filminin bəzi fraqmentləri burada lentə alınıb. Altmış hektar ərazisi olan kənd dövlət qoruğu elan edilib. Basqalın əhalisi azdır, belə ki, 20 il əvvəl burada yaşayan 3 min sakindən indi 1500 nəfər qalıb.
Çay daşı döşənmiş dar küçələr və həmin daşdan tikilmiş evlər xüsusi ab-hava yaradır. Basqalın maraqlı cəhəti bütün evlərin üzü qibləyə tərəf tikilməsidir. Kəndin digər xüsusiyyəti isə XVII əsrdən hamamların evlərin içində olmasıdır. Yol boyunca səliqə ilə düzülmüş ikimərtəbəli evlər və onların həyətləri göz oxşayır. Evlərin birinci mərtəbəsi təsərrüfat, ikincisi isə yaşayış üçün nəzərdə tutulub. Tikinti zamanı hər 5-6 çay daşı qatından sonra ağac kətilləri qoyulub. Mütəxəssislər buna “seysmik kəmər” deyirlər. Bütün evlər zəlzələyə davamlıdır.
Basqalda XVI əsrdə əkilmiş çinar ağacının yarılmış gövdəsində bir zamanlar çayxana, sonradan bərbərxana olub. Ağac dövlət tərəfindən qorunur. XII əsrdə kəndə çəkilmiş “kürəbənd” adlanan kanalizasiya sistemi isə bu gün də fəaliyyət göstərir.
Kəlağayı
Basqal orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzi olub. Şəkililər də ipəkçiliyi basqallılardan öyrəniblər. Demək olar ki, son zamanlaradək bütün ailələrdə ipək toxuyan dəzgahlar vardı. Boyaqçı, toxucu, baramaçı və ipəkçi sənətləri nəsildən-nəslə ötürülürdü. Kəlağayı isə ipəkdən toxunan ən populyar məmulat idi.
Yalnız Azərbaycanda istehsal olunan kəlağayı Azərbaycan xalq sənətinin gözəl nümunəsidir və sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından biri olub. Qızlar və müxtəlif yaşlı qadınlar üçün fərqli kəlağayılar toxunurdu. Bu baş örtüyü müxtəlif rənglərdə və ölçülərdə olur və adətən bitki, yaxud həndəsi naxışlarla kənarları boyu (yeləni) və mərkəzi hissədə (xonça) dekorasiya edilirdi. Toyda qızlar adətən qırmızı, yas mərasimlərində isə qara kəlağayı örtürdülər. Gündəlik həyatda isə qadınlar ağ və qəhvəyi kəlağayıdan istifadə edirdilər. Kəlağayının necə bağlanması da ayrıca məna daşıyırdı. Gənc qızlar onu örpək kimi başlarına atır, yaşlı qadınlar isə çalma kimi bağlayırdılar.
Ən qiymətli kəlağayılar 6-7 rəngdən ibarət olur və bugünədək onları məhz Basqalda istehsal edirlər.
Basqalda ötən əsrin 60-cı illərinədək hər evdə kəlağayı toxunurdu. SSRİ-nin süqutundan sonra ölkədəki mağazalarda müxtəlif baş örtükləri bolluğu yarandı. Milli kəlağayı isə dəbdən düşdü. Buna baxmayaraq, Basqalda indi də İpək Mərkəzi fəaliyyət göstərir. Burada kəlağayı ilə yanaşı, digər ipək məmulatlarının da toxunduğu emalatxana, həmçinin kiçik kəlağayı muzeyi var.
Lahıc
Hələ VII əsrdən tarixi mənbələrdən məlum olan və Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə diqqətəlayiqdir. Dağlarda salınmış bu kiçik qəsəbə Azərbaycanın ən maraqlı sənətkarlıq mərkəzlərindən biridir. Lahıc qədimdən bəri mis silah və qab-qacağı ilə məşhur olub. Bütün Qafqazda bu məmulatları həvəslə alırdılar. Lahıcda emalatxana və dükanların əksəriyyəti qəsəbənin mərkəzi küçəsi boyunca yerləşir. Çətinliklərə baxmayaraq, yerli ustalar indiyədək öz əcdadlarının sənətini davam etdirirlər. Onların arasında misgərlər, dəri ustaları, dulusçular, dəmirçilər, papaqçılar, ağac üzərində oyma sənətkarları var. Həmçinin burada xalça toxuyur, suvenir və milli geyimlər hazırlayırlar.
Xəbərin oxunma sayı : 802
loading...
Maraqlı
Xəbərlər
-
Sərt karantinlə bağlı daha bir açıqlama - VİDEO
-
Millimizin baş məşqçisi Portuqaliyaya meydan oxudu: “Onları bilmirlər ki...“
-
İşğalçı erməni hərbçilərinin terrorçuluğu formaları ilə sübut olundu - FOTO/VİDEO
-
Dörd aydan çox komada qalan qazimiz şəhid oldu - FOTO
-
Sabiq nazir həbs edildi - Azərbaycanda (FOTO)
-
Əksər rayonlarda qar və yağış yağıb – FAKTİKİ HAVA
-
Vətən Müharibəsinin yeganə qadın şəhidi məzarı başında anıldı - VİDEO
-
“Dərs vaxtı”nın sabaha olan qrafiki açıqlandı – Cədvəl
-
Yağan qar Göygöldə hərəkəti çətinləşdirib – Polis gücləndirilmiş iş rejiminə keçib
-
5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı bütün telekanallar bağlandı
-
Gəncədə sürücülərə xəbərdarlıq edilib – Havanın kəskin dəyişməsi ilə əlaqədar
-
Papa Fransisk:“Qadına hörmət olunsun və qorunsun!”
-
Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar qazandı
-
Professordan xəbərdarlıq: “Karantin tədbirləri sərtləşdirilə bilər”
-
Rusiya deputatları “Facebooku”-u ittiham edir – Cərimə hədəsi
-
Azərbaycanda son sutkada 195 nəfər COVID-19-a yoluxub – 6 nəfər vəfat edib
-
Qarabağda erməni zabitlərin həbsinə başlanıldı - Paşinyan göstəriş verib
-
ABŞ Türkiyənin 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb –İbrahim Kalın
-
Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı –“Bloomberg”
-
DİN-dən aksiya ilə bağlı açıqlama:“Saxlanılan olmayıb“
-
“Mədəniyyət nazirinin yanına gözəl təkliflə getmişdim, amma...“ - VİDEO
-
“Barsa”nın yeni prezidenti: “Messinin qalması üçün hər şeyi edəcəyəm”
-
Nazir xanımları təbrik etdi - FOTO
-
KOBİA qadın sahibkarların sayını açıqladı
-
Rusiyanın “Sputnik V” vaksini ilə bağlı xəbərdarlıq – “Peyvəndləmə təxirə salına bilər?
-
“Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir“ - Emin Əmrullayev
-
Deputat iqtidardan seçki islahatı gözləyir:“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır“
-
Bu şəhərin sakinləri artıq gələcəkdə yaşayır - FOTOLAR
-
20 ildə azərbaycanlıların avtomobil seçimi necə dəyişdi? - FOTO
-
Dövlət qurumları pulumuzu kimə etibar edib?-“McKinsey&Company”-nin adı milyardlıq korrupsiya qalmaqalında
-
Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir
-
Zəngilanın Qaragöz kəndi - VİDEO
-
Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə
-
Azərbaycan nefti həftə ərzində 5%-dən çox bahalaşıb – Qiymət
-
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO+VİDEO
-
“Bizimlə kimsə təkəbbürlə danışa bilməz“ - Türkiyə prezidentinin sözçüsü
-
“Şəhid analarının qarşısında baş əyirəm“ - Mehriban Əliyeva
-
Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib – FOTO
-
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO
-
İkinci Şəhidlər Xiyabanında səliqəsiz vəziyyətdə olan məzarlar abadlaşdırıldı - VİDEO
-
Bu gün - 8 Mart dünyada Beynəlxalq Qadınlar Günüdür
-
“Cavan oğlanlardan evlilik təklifi almışam“ - Nazpəri + Video
-
“Rusiya ilə müharibəyə hazır olan yeniyetmələrin sayı artır” - Estoniyanın Müdafiə naziri
-
Operativ Qərargah qadağalar tətbiq edəcək - VİDEO
-
Ərli qadın sevgilisi ilə 5 il gizli görüşdü, sonra şantaja məruz qaldı - Bakıda
-
Saniyədə 30 min qazanan ən zəngin rus - Potanini Putin ailəsi ilə nə birləşdirir?
-
Bankirin məhkəməsində yüksək vəzifəli şəxslərin adları hallandı: “Məni çağırıb dedilər ki...“
-
“Konstruktiv mövqeyimizdən imtina etməyəcəyik” –“Gürcü Arzusu” qalmaqallı səsyazısı ilə bağlı bəyanat yaydı
-
“Zirə“ argentinalı hücumçu transfer etdi - RƏSMİ
-
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi – VİDEO
-
Türkiyəyə qarşı məkrli plan - Minlərlə terrorçu hazırlanır
-
Xaçmazda gənc dönərxanada zəhərlənərək ölüb - Daha 1 nəfər xəstəxanaya yerləşdirilib
-
Roma Papası qadınlarla bağlı müraciət etdi:“Qadına hörmət edilməli və qorunmalıdır”
-
Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik - Hulusi Akar
-
Ağdam rayonunun Suma kəndi –VİDEO
-
Ukraynada müharibə başladı - separatçılar hücuma keçdi - 20 ölü...
-
“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər“ - Həkim
-
Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var
-
Azərbaycanda son sutkada koronavirusa 403 yoluxma qeydə alınıb - 3 nəfər vəfat edib
-
ABŞ-da holdinq sahibi, siyasi analitik, bloqer... Azərbaycanlı qızın uğur hekayəsi
-
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
-
Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
-
“İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır” – Statistika
-
Vaqif Abdullayev YAP-ın qurultayından yazdı - “Sosial islahatlar ildən-ilə genişlənir...“
-
Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
-
Eldar Sabiroğlu YAP-da qalır? - “Adama nə qədər sual verərlər…“
-
“Azərbaycan Ordusunun 9 000-ə yaxın hərbi qulluqçusu peyvənd olunub” – Müdafiə Nazirliyi
-
Bakıda küləklə əlaqədar qaz xətti zədələnib - Abonentlərin təchizatında fasilə yaranıb
-
“Ağıllı və səsli“ şəhər - Bakı nə zaman buna hazır olacaq?
-
“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı - VİDEO
-
Sabah hava necə olacaq? - Meteohəssas insanlar üçün əlverişsiz...
-
Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib – FOTO
-
Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular
-
“Ayda 15 manat alırdım, qalanı direktora çatırdı“ - Lütfi Qədirovun məhkəməsi
-
Gürcüstanda qalmaqallı səsyazısı yayıldı: Baş nazirin istefası tələb olunur
-
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
-
Füzuli rayonunun Qarakollu kəndi – VİDEO
-
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - FOTO
-
Qarabağa ilk onlar qaytarılacaq - VİDEO
-
Azərbaycanlı rəqqasə qarlı havada soyundu - VİDEO
-
Benzema derbidə oynayacaq? - Zidan açıqladı
-
Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?
-
Yeni siyasi reallıq fonunda siyasi dialoq
-
Direktorluğa namizədlərin imtahanı dayandırıldı - Nazirlikdən açıqlama
-
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu
-
“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA
-
Vergi Xidməti Real TV-nin sahibini məhkəməyə verdi – 2,8 milyon manata görə...
-
Ucuz avtomobildən çox, bahalıdan az rüsum alınır - Müqayisəli statistika
-
Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı - Açıqlanıb
-
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
-
QHT-lər parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib - İlk dəfə
-
Bir gündə 353 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
-
DİN-dən bir qrup qadının 8 Mart aksiyası ilə bağlı - XƏBƏRDARLIQ
-
Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
-
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama
-
Sabahdan hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ
-
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
-
“Qurultayın qərarından məyus olsam da...“ - Əli Həsənovdan açıqlama
-
Fransa səfiri Füzulidə gördükləri barədə:“Bu, çox təsiredici haldır“
-
“Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq“ - Mövlud Çavuşoğlu
-
Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
-
Hacıbala Abutalıbov Bakıdan köçüb - “Villa tikdirib və indi orada yaşayır
-
Dövlət proqramlarının qiymətləndirilməsi təkmilləşdiriləcək – Fərman
-
“Bura Allahın evidir, amma ermənilər burada heyvan saxlayıblar“ - Əşrəf Adəm
-
Moskva Qərbin sanksiyalarına cavab hazırlayır – “Biz də onları təəccübləndirəcəyik”
-
Dünyanın ilk kosmik oteli... - FOTOLAR
-
Prezident Azərbaycan qadınlarını təbrik edib - MƏTN
-
Mingəçevir xəstəxanasıda hər gün 1400 manatlıq yemək yeyilir – 426 minlik müqavilə
-
“Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər” - Prezidentin köməkçisi
-
Zəngilanın Qaradərə kəndi - VİDEO
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
-
Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı
-
Vilayət Eyvazovdan növbəti təyinat - FOTO
-
“Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir“ - Gürcü immunoloq
-
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək - Bu gün
-
Qələbimizə aparan yol
-
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür - Dünyasını dəyişməsindən 66 il ötür
-
Bu gündən ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək – Martın 9-dək
-
Aktrisa Pərvin Abıyevanın seksual libası - FOTO
-
200 min nəfər Ermənistanı tərk etmək istəyir - Böyük miqrasiyanın başlanğıcı
TOP 10
ARXİV