“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sorosu tanımıram, onun “şestyorkası” deyiləm”- Zelenskinin mətbuat konfransında qalmaqal

Tarix 10.10.19, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Naməlum şəxs Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat konfransında qalmaqal yaradıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, o, stolun üzərinə çıxaraq prezidentdən suallarına cavab verməyi tələb edib.

Zelenskinin ilk cavabı belə olub: “Sizinlə o vaxt danışacam ki, adam olacaqsız və insanların yemək yediyi stoldan enəcəksiz”.

Özünü Anatoli Krievski kimi təqdim edən şəxs deyib ki, özü ilə yepiskopların prezidentə ünvanladığı müraciəti gətirib və suallarına cavab istəyir: “Xahiş edirəm deyin, niyə, may ayından oktyabradək Ukrayna yepiskopları, professorları və jurnalistlər dəfələrlə müraciət etsələr də, sizin administrasiya Ukrayna Təhlükəsizlik Xidmətinin quldurlarının qanunsuz əməllərini ört-basdır edir?! Polis Putinin aqressiyasına qarşı Ukrayna üçün, əsgərlərimiz üçün etdiyimiz dualara mane olur. Nəyə görə yepiskoplara cavab vermədiniz ki, Üçyüzlər Komitəsinin proqramını, Sorosun “şestyorka”sını dayandıracaqsız ya yox?! Homoseksuallıq lənətini dayandırın, fahişəliyin, abortın qanuniləşdirilməsini dayandırın, yoxsa Poroşenkonun, Üçyüzlər Komitəsinin və Sorosun “şestyorka”sının yolunu davam etdirəcəksiniz?!”.

Zelenski isə bildirdi ki, cənab Sorosu tanımır və onun “şestyorkası” deyil: “Onun işini davam etdirə bilmərəm. Çünki ona hər hansı aidiyyətim yoxdur. Fahişəliyin qanuniləşdirilməsi ilə məşğul olmuram, belə şey ölkədə yoxdur. Qeyri-ənənəvi orientasiyalı insanlara gəlincə, indi sizə heç nə demək istəmirəm. Çünki biz sizinlə hər kəsin öz dilini, milliyyətini, orientasiyasını özünün seçdiyi açıq, azad ölkədə yaşayırıq. Bu adamları rahat buraxın”.



Xəbərin oxunma sayı : 565




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap