“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Tramp hər siyasətçinin bacarmadığını etdi“ - Ərdoğan ABŞ-dəki seçkiləri şərh edib

Tarix 08.11.24, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Tramp seçki kampaniyasını çox güclü şəkildə yorulmadan, usanmadan davam etdirdi. Bu, hər siyasətçinin asanlıqla başa çatdıra biləcəyi bir iş deyil. Tramp bunu bacardı.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsini dəyərləndirərkən deyib.

O, bu seçkinin, ilk növbədə, Amerika Birləşmiş Ştatlarına, bölgəyə və dünyaya xeyirli olmasını arzu edib.

"Cənab Tramp seçki prosesində sui-qəsd cəhdi daxil olmaqla bir çox çətinliklərə qarşı həqiqətən böyük bir mübarizə nümunəsi göstərdi. Məlum olduğu kimi, onu vurmağa cəhd etdilər, güllə yarası aldı. Əlləri qandallı halda polis məntəqələrinə apardılar. Bütün bu hadisələr baş verərkən o, seçki kampaniyasını həqiqətən çox güclü şəkildə yorulmadan, usanmadan, müqavimət göstərərək davam etdirdi. Bu, hər siyasətçinin asanlıqla başa çatdıra biləcəyi bir iş deyil. Tramp bunu bacardı. Seçkinin ilk dövrlərində həmişə deyilən bu idi: "Kamala Harris bu seçkini böyük fərqlə qazanacaq." Həmişə bunu dedilər. Trampa da doğrusu şans vermirdilər. Lakin son mərhələyə girdikdə fərq daim artmağa başladı. Tramp inanmışdı və nəticəni də uğurla əldə etdi", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu prosesdə Trampın yanında yalnız İlon Mask var idi:

"İlon Mask onunla əl-ələ, baş-başa verdi. Bütün məhkəmə prosesi də daxil olmaqla bu qədər yüklənmələrinə baxmayaraq, Tramp, məncə, çox uğurlu bir sınağı yorulmadan, usanmadan keçdi".



Xəbərin oxunma sayı : 577




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap