Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“Trendyol” və “Temu”dan alış-veriş edənlərə XƏBƏRDARLIQ

Tarix 10.08.24, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


"Trendyol” və "Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır.

Vətəndaşlar ya məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından, ya da qeyd olunan məlumatlar əsasında çatırdırılmamasından şikayətlənirlər.

Onlayn ticarətdə bu kimi halların baş verməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Konkret.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifarişlər zamanı keyfiyyətsiz məhsulların artımındakı səbəb tələbin təklifi üstələməsidir.

"Vətəndaşların bu səpkili şikayətləri çoxalıb. Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur. Şikayətlər əsasən reklamda olan mal ilə göndərilənin fərqli olması, rəng və ölçü fərqlərinin müşahidə edilməsidir. Bunun əsas səbəbi isə son zamanlar onlayn ticarətə kütləvi axının baş verməsidir, belə olduqda tələb təklifi üstələyir”.

Ekspert düşünür ki, belə neqativ hallar əhalini onlayn ticarətdən soyuda bilər. Bu isə vətəndaşların klassik alış-veriş formalarına geridönüşünə səbəb ola bilər:

"Təəssüflər olsun ki, dövlət orqanlarına edilən şikayətlər də nəticəsiz qalır. Müvafiq orqanlar istehlakçıların hüquqlarını qorumaqda çətinlik çəkirlər. Çünki bu, məsafədən satışdır. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar adətən metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman mala diqqətlə baxsınlar, iradları olduqları zaman malı dərhal geri qaytarsınlar”.



Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap