Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - Məhkəmə

Tarix 13.01.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


"Bəyaz Diş Gənclik” klinikasının xanım qeydiyyatçısı cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun məlumatına görə, 24 yaşlı Nigar Süleymanova külli miqdarda mənimsəmədə ittiham edilir.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs həbsdə deyil, onun barəsində başqa qətimkan tədbiri seçilib. 

İttihama görə, Nigar klinikaya məxsus 74 min manat pulu mənimsəyib. 

Xanım müttəhim hazırda ali təhsil alır. Hələ ki, bakalavr diplomu ala bilməyib. 

Hazırlıq iclasında zərərçəkmiş tərəfin vəkili təqsirləndirilən şəxsin həbs edilməsi üçün vəsatət qaldırıb. Vəsatət belə əsaslandırılıb ki, zərərçəkmişə dəymiş ziyan ödənilmir.

Prosesdə müəssisənin təsisçisi və direktoru Ramiz Cəlilov da iştirak edib. O, da keçmiş işçisinin həbsini istəyib. 

Prokuror isə vəkilin vəsatətinin əsassız olduğunu bəyan edib. İşin məhkəmə baxışına verilməsini istəyib. 

Məhkəmə zərərçəkmiş tərəfin vəsatətini rədd edib, N.Süleymanovanın sərbəst mühakimə edilməsinə qərar verilib.

İlk baxış iclası yanvarın 27-nə təyin edilib.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap