“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb: “Birinci sürücünü vurdum”

Tarix 11.01.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Atası ölən şəxs təcili yardımın əməkdaşlarını döyüb. Səbəb isə onların çağırışa gec gəldiklərini düşünməsi olub. Bu əməlinə görə ona cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, hadisə Ağsu rayonu, İlxıçı kəndində baş verib.

25 yaşlı Samid Hüseynov əvvəlcə təcili yardımın sürücüsünü maşının içərisində yumruqla vurub. Sonra onu yerə düşürərək sürüyüb və zərbələr endirib. Təcili yardımın digər əməkdaşı müdaxilə edərkən onu da yerə yıxaraq xəsarət yetirib. Həmçinin onları təhqir edib, təcili yardım avtomobilinin şüşəsini də yumruqla sındırıb. Bu zaman özü də əlindən xəsarət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

O, deyib ki, atası Sabit Hüseynov uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkib. Həmin gün anası zəng edərək atasının vəziyyətinin ağırlaşdığını deyib. O da təcili yardıma zəng edib. 40 dəqiqə keçsə də təcili yardım gəlməyib. Onlar gələnə qədər isə atası vəfat edib.

“Təcili yardım gələndə əsəbi idim. Sürücünü yumruqla vurdum. Düşəndə onu özümə tərəf çəkərək sürüdüm. Orada olanlar müdaxilə etdi. Başqa kimisə bilərəkdən vurmamışam. Sonra da maşına yumruqla vurub şüşəsini sındırdım”-də Samid Hüseynov ifadəsinə əlavə edib.

Bildirib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslərlə barışıb. Təcili yardımın əməkdaşları onu bağışlayıb.

Məhkəmə Samid Hüseynov barəsində 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 706




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap