“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək“ - KİV

Tarix 12.01.25, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İcraiyyə Komitəsi növbəti seçkilərdə iştirak etmək üçün 60 faiz yenilənəcək.

“Report” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, Ərdoğan artıq 2028-ci ilə planlaşdırılan prezident və parlament seçkiləri üçün yeni partiya komandasını toplamağa başlayıb. 2024-cü ilin martında keçirilən bələdiyyə seçkilərindən sonra AKP-nin mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləyib. Hazırda AKP-nin rəhbər heyətləri əyalətlərdə 70 %, kəndlərdə 60 % yenilənir.

Əsas dəyişikliklər İcraiyyə Komitəsinə təsir edəcək. Onun tərkibinin 60 %-nin yenilənməsi gözlənilir. Bu məsələ ilə bağlı yekun qərar AKP-nin fevralda keçiriləcək qurultayında açıqlanacaq.

Ərdoğan bir müddətdir, İcraiyyə Komitəsində və ümumiyyətlə partiyanın ali rəhbərliyində yeni simalarla bağlı məsləhətləşmələr aparır. O, həm yeni simalar, həm də keçmiş partiya funksionerləri olan namizədlərin siyahılarını da alır. Aralarında qadınların da olduğu çoxlu sayda gənc siyasətçinin AKP-yə keçəcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 1444




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap