“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ukrayna ilə birgə terror təşkilatlarına qarşı mübarizəmizi artıracağıq” – Ərdoğan

Tarix 16.10.20, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Türkiyə və Ukrayna arasında əməkdaşlığımıza dair həm təkbətək, həm də heyətlərarası önəmli görüşümüz oldu. Xüsusilə, FETÖ və digər terror təşkilatlarına qarşı birgə mübarizəmizi artırmaq istiqamətində razılığa gəldik”. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda görüşdükdən sonra keçirilən mətbuat konfransında belə deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynanı regionda sülh, rifah və təhlükəsizliyin təminində açar ölkə olaraq görür.

Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyünü Krım daxil hər zaman dəstəklədiklərini vurğulayıb: “Türkiyə Krımın qanunsuz işğalını tanımır, Krım türklərinə Ukraynanın yüksək dairələri ilə birgə dəstəyimiz davam edəcək”.

“Heç bir virus aramızdakı dostluğa əngəl ola bilməz” deyən V.Zelenski isə Türkiyə ilə Ukrayna arasında strateji, eləcə də qarşılıqlı maraqların olduğu bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib: “BMT-nin 75-ci dönəm çərçivəsində işğal altındakı Krımda insan haqlarının müdafiəsini  təmin etmək üçün yaxın əməkdaşlıq edəcəyik. Türkiyəni krımlıların hüquqlarını qorumaq üçün Krım layihəsinə dəvət etdim. Bu layihəni dəstəklədiyiniz üçün minnətdaram. Bu gün biz Donbasdakı çətin vəziyyəti müzakirə etdik. Böhranı aradan qaldırmaq  və sülhü bərqərar etmək üçün yeganə yolun diplomatik danışıqlar olduğu qərarına gəldik”. (apa)




Xəbərin oxunma sayı : 805




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap