Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

“Ukrayna Ordusunun müharibədəki itkiləri Rusiyanınkından 5 dəfə azdır“ - Zelenski

Tarix 23.02.24, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Silahlı Qüvvələrinin (USQ) müharibədəki itkiləri Rusiyanınkından beş dəfə azdır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mühafizəkar mövqeyi ilə seçilən “Fox News” telekanalına müsahibəsində deyib.

Jurnalistin Zelenskiyə Ukraynanın savaşdakı itkilərinin sayı barədə verdiyi suala dövlət başçısı konkret cavab verməyib:

“On minlərlə ölüm. On minlərlə insan yerlərindən didərgin salınıb. Nisbət birin beşədir. Döyüşdə həlak olmuş bir əsgərimizə beş Rusiya əsgəri düşür. Təqribən belədir”.

Ukrayna lideri rusiyalı həmkarı Vladimir Putindən fərqli olaraq müsahibəni kabinetdə deyil, cəbhədə verib.

Xatırladaq ki, daha öncə “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Rusiya Prezidenti Vladimir Putindən müsahibə almaq üçün Moskvada olub. Mühafizəkar dünyagörüşü ilə seçilən Taker Karlson 2016-cı ildən 2023-cü ilədək “Fox News”da “Bu gecə Taker Karlson” verilişinin aparıcısı olub, lakin ötən ilin aprelində işəgötürən tərəfindən rəsmi izahat olmadan vəzifəsindən azad olunub. CNN qeyd edib ki, “Karlson telekanalda konspiroloji nəzəriyyə və radikal ritorikanın baş təbliğatçısı olub”. Eyni zamanda, Taker Karlson yayımlarda tez-tez Ukraynanı tənqid edir və Rusiyanın təbliğatçı narrativlərinə müraciət edir.



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap