Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Vatikanda mənim ölümümə ümid edənlər var” - Papa Fransisk

Tarix 15.03.24, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub.

Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq “Həyat: Tarix boyu hekayəm” adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın “Corriere della Sera” qəzeti paylaşıb.

“Bəziləri siyasətlə və kampaniya ilə həddindən artıq maraqlanırdılar. Demək olar ki, yeni Konklav (Papa Seçkisi) haqqında düşünürdülər. Sakit olun, bu, insani vəziyyətdir. Təəccüblənməyə ehtiyac yoxdur. Çətin anlara baxmayaraq, heç vaxt istefa vermək fikrində olmamışam”, - deyə o bildirib.

Roma Papası vəzifəsindən imtina üçün heç bir şərt görmədiyini vurğulayıb.

“Ciddi fiziki əngəl yaranarsa, işlər dəyişəcək. Belə olan halda, Papalığımın əvvəlində Dövlət Katibliyinə (baş nazirlik) təqdim etdiyim istefa ərizəm artıq hazırdır. Amma bu fikirdir, çünki təslim olmağı düşündürəcək ciddi səbəblərim yoxdur. Mən xəstəxanaya yerləşdirildikdən sonra bəziləri belə bir açıqlama verəcəyimə yəqin ki, ümid edirdilər, amma elə bir risk yoxdur. Səhhətim yaxşıdır, həyata keçirməli olduğum çoxlu layihələrim var”, - deyə o bildirib.

Qeyd edək ki, keçən il müxtəlif sağlamlıq problemlərinə görə tez-tez xəstəxanaya müraciət etmək məcburiyyətində qalan 87 yaşlı Papa Fransisk son illərdə dizindəki problem səbəbi ilə xidmətlərə qatılarkən əlil arabası və əsadan istifadə edir, son bir neçə həftədə isə o, bronxit və soyuqdəymə xəstəlikləri səbəbiylə çıxışlarını köməkçilərinə etdirir.



Xəbərin oxunma sayı : 619




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap